2008-ci ildə Estoniyada başlayan və 170 ölkəyə yayılan “World Clean Up Day” bütün dünyada olduğu kimi Türkiyədə də müxtəlif tədbirlər təşkil edilərək keçirilib. Tələbələr, dərnəklər və könüllülər; əlcək geyinərək piknik yerlərini, göl və çay sahillərini minlərlə tullantıdan təmizləyib.