Türkiyənin Isparta şəhərində yaşayan əkinçilər artan istehsal xərcləri, mazut, gübrə və yem qiymətlərinin bahalaşması ilə yanaşı, su qıtlığı ilə də mübarizə apardıqlarını bildirir.
Türkiyənin paytaxtı Ankarada etiraz aksiyası keçirildi. Etirazçılar gündəlik problemlərini dilə gətirməklə yanaşı, yeni ildə minimum əməkhaqqına ediləcək artımla bağlı tələblərini ifadə etmək üçün Türkiyənin müxtəlif şəhərlərindən gələrək Ankarada toplaşdılar.
Ispartada keçirdiyimiz sorğuda sakinlərə Türkiyədə ehtiyac duyulan minimum əmək haqqının nə qədər olduğunu soruşduq.
Türkiyənin Isparta şəhərində yerləşən, strateji və ekoloji baxımdan böyük əhəmiyyət kəsb edən Eğirdir gölü hazırda quruma təhlükəsi ilə üz-üzədir. Türkiyənin ekosistemindəki vacibliyi ilə tanınan bu gölün vəziyyəti barədə meşə mühafizəsi mühəndisi Adnan Yılmaztürk ilə danışdıq.
Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən açılmış pulsuz camaşırxanalar tələbələr üçün əlçatan olmaqla yanaşı, yaşlılar və xüsusi qayğıya ehtiyacı olan şəxslərə də xidmət göstərir.
23 noyabrda Ankarada qadın futbol super liqasında 10-cu həftə oyunları keçirildi. Qarşılaşmada həm yerli, həm də Azərbaycanlı Milana Rəhimova kimi beynəlxalq oyunçular iştirak etdilər. Görüşdən sonra qadın futbolçular, xüsusən də bu sahədə qarşılaşdıqları çətinliklər barədə fikirlərini bölüşdülər.
Ankara Böyükşəhər Bələdiyyəsi "Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüü" çərçivəsində “şiddətə tolerantlığımız yoxdur” şüarı ilə proqram təşkil etdi.
25 noyabr – "Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüü" münasibətilə Ankarada qadın hüquqlarını müdafiəçiləri və qeyri-hökumət təşkilatları bir araya gəldi.
Ankarada yerləşən Anıtkabir, 1953-cü ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini yaşatmaq üçün inşa edilib. Hər il milyonlarla insan bu tarixi məkana gələrək Atatürkün irsini yad edir. Bəs Anıtkabir türkiyəli vətəndaşlar üçün nə ifadə edir?
Ankarada, Esenyurt bələdiyyə meri Kemal Deniz Bozkurtun həbs edilməsi və Esenyurt, Diyarbəkir, Mardin kimi şəhərlərə dövlət tərəfindən təyin edilmiş idarəçilərin yerləşdirilməsi etirazlara səbəb olub. Mövzu haqqında rəsmi qurumlar tərəfindən heç bir açıqlama edilməyib.
Ankaranın Ulus bazarında sorğu keçirdik. Həm alıcılar, həm də satıcılar son dövrlərdə iqtisadiyyatdakı dəyişkənliklərdən narazılıqlarını bildirdilər.
Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı "Arşın Mal Alan" əsəri Ankarada yenidən səhnələndi. Anadolu türkcəsi ilə hazırlanan libretto türkiyəli izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Türkiyədə 10 Noyabr Atatürkü anma günü münasibətilə saat 09:05-də siren səsləri altında insanlar 1 dəqiqəlik sükutla Atatürkün xatirəsini anıblar. Ankarada şəhər sakinləri və ziyarətçilər Atatürkün irsinə ehtiramlarını ifadə ediblər.
Ankara İşçi Filmləri Festivalında qadağan edilən “Qanun Hökmündə” filminin ardından festival könüllüsü Türkiyədə, xüsusilə Ankarada festivallara tətbiq olunan senzuranın siyasi xarakter daşıdığını vurğulayıb. İddialar haqqında rəsmi qurumlardan açıqlama ala bilmədik.
Ankarada Discord platformasının bir neçə həftədir ki, bağlanması ilə bağlı şəhər sakinləri ilə sorğu keçirdik. Sakinlərin əksəriyyəti sosial media platformalarında təhlükəsizlik problemlərinin mövcud olduğunu vurğuladı.
Festival çərçivəsində Braziliya, Gürcüstan, Fransa, Bolqarıstan, Qazaxıstan, Moldova, Serbiya və ev sahibi Türkiyədən gələn kukla sənətçiləri Ankaranın müxtəlif teatr səhnələrində öz tamaşalarını göstərdi.
Türkiyədə "Yenidoğan Çetesi" hadisəsi ciddi narahatlıq doğurub. Doğum evlərində səhiyyə işçilərinin körpələrə qarşı qeyri-etik davranış iddiaları ilə bağlı bir neçə xəstəxana müvəqqəti bağlanıb. Türk Təbibləri Birliyi üzvü Dr. Nilüfer Ustael bu məsələyə dair fikirlərini bölüşdü.
Türkiyə milli paralimpik üzgüçüsü və rəssam Yusuf Akgün 6 yaşında elektrik cərəyanı vurması nəticəsində əlil olub. O, qarşılaşdığı çətinliklər və həyat mübarizəsi haqqında Amerikanın Səsinə danışıb.
Türkiyədə Instagram-a qısa müddətli giriş məhdudiyyətinin ardından, bu dəfə də Discord platformasına məhdudiyyət gətirilib. Mövzunun həm hüquqi, həm də kiber təhlükəsizlik tərəfi haqqında ekspertlərlə danışdıq
Ankara bələdiyyəsi Qazi Universitetinin əməkdaşlığı ilə sosial dəstək alan ailələrin 9-30 yaş arasındakı üzvlərinə pulsuz HPV peyvəndinin tətbiqinə başlayıb.Cəmiyyətin maarifləndirilməsi və peyvəndin ilkin tədbiqi haqqında mütəxəssis Ahmet Çağkan İnkaya Amerikanın Səsinə danışıb.
Daha çox yüklə