Ankara bələdiyyəsi Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə “T.C. Yaşasın Cumhuriyet Tuneli" adlı marifləndirici sərgi açıb. Süni intellekt vasitəsilə qurulan sərgidə Türkiyə Cümhuriyyətinin tarixi dövrləri ziyarətçilərə interaktiv formatda təqdim olunub.
Türkiyə Cümhuriyyətinin yaradılmasının 101 illiyi münasibəti ilə vətəndaşlar türk bayraqları ilə Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etdi.
Ankarada 31-ci Meşə Ekologiyası Məktəbinin seminarı keçirilib. Mütəxəssislər iqlim dəyişikliyi, meşələrin qorunması və yanğınların qarşısının alınması mövzuları ətrafında müzakirələr aparıb. Onlar Konstitusiyaya sonradan əlavə olunan ziddiyyətli maddənin düzəldilməsinin zəruriliyini vurğulayıb.
Türkiyədə keçirilən 9-cu Türk Dünyası Sənədli Film Festivalında "Sarı Gəlinin sorağında" sənədli filmi mükafat qazanıb. Ankarada baş tutan festivalda Azərbaycan da daxil olmaqla, 9 ölkə iştirak edib. Tədbir sonrası rejissor Mübariz Nağıyev təəssüratlarını Amerikanın Səsinə bildirib.
Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Cəmiyyətin nümayəndəsi Cem Güralın bildirdiyinə görə, konsertin məqsədi Türkiyədə anonim sayılan bəzi mahnıların əslində Azərbaycan bəstəkarlarına məxsus olduğunu tanıtmaqdır.
Ankaranın Mamak bölgəsində yaşayan qadınlar əl işləri təqdim olunan yarmarka keçirib. Məhəllə rəhbəri Yasəmən Tarla yarmarkanın əsas məqsədinin son vaxtlarda artan qadın qətlləri mövzusuna cəmiyyətin diqqətini çəkmək olduğunu bildirib.
Türkiyədə son vaxtlar baş verən qadın və uşaq cinayətləri böyük müzakirələrə səbəb olub. Bu mövzu haqda Türkiyənin paytaxtı Ankarada sorğu keçirdik.
Ankarada müxtəlif yerlərdə ana-uşaq münasibətlərinin tarixi bənzərliyini vurğulayan muzey açılıb. Bu, dünyada analıq haqda olan azsaylı muzeylərdəndir.
2023-cü ilin fevralında Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələdən 1 il 7 ay keçib. Həmin zəlzələnin zərərçəkənləri “ədalət tapmaq ümidilə” aksiya keçirməyə çalışıb.
Türkiyənin paytaxtı Ankaranın Çankaya bələdiyyəsi universitet tələbələrinə ödənişsiz axşam yeməyi təqdim edən "Gənclik Süfrəsi" adlı layihə həyata keçirir. Tələbələr bu təşəbbüsü müsbət dəyərləndirərək, gündəlik ehtiyaclarını qarşıladıqlarını bildiriblər.
Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Türkiyənin paytaxtı Ankarada bununla bağlı sorğu etdik.
Ankarada bələdiyyə, yay istilərində vətəndaşları dəstəkləmək üçün Kızılay və Ulus meydanlarında ödənişsiz su paylanması üçün çadırlar qurdu. İsti saatlarda xidmət göstərən bu çadırlar, vətəndaşlar tərəfindən böyük maraqla qarşılanır.
Türkiyədə xüsusilə Aralıq dənizi və Egey bölgələrində artan meşə yanğınları əhali arasında böyük narahatlıq yaradır. Ankarada sakilər yanğınların səbəbləri və qarşısının alınması ilə bağlı rəsmilərdən daha təsirli tədbirlər görməyi tələb ediklərini də bildirdilər.
Avqustun 2-də Türkiyədə heyvan müdafiəsi qanununda edilən dəyişikliklər qüvvəyə mindikdən sonra, bələdiyyələrin küçə heyvanlarını toplayaraq qətlə yetirdiklərinə dair xəbərlər yayılıb. Hadisələr qanun dəyişiklikyinə qarşı etirazları daha da gücləndirib və ölkə miqyasında müzakirələrə səbəb olub.
Ankarada keçirilən "Beynəlxalq Paytaxt Mədəniyyət Festivalı"nda, Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, Rusiya, Özbəkistan, Çeçenistan, Dağıstan, Bolqarıstan, Kosovo və Rumıniya xalq rəqs kollektivləri milli rəqslərini nümayiş etdirdilər.
Avqustun 2-də Türkiyədə heyvan müdafiəsi qanununda edilən dəyişikliklər qüvvəyə minib. Yeni qanun küçə heyvanlarının toplanaraq bələdiyyə sığınacaqlarında saxlanılmasını və 30 gün ərzində sahibləndirilməzsə ağrısız evtanaziya edilməsini qanuniləşdirir. Bu dəyişiklik geniş etirazlara səbəb olub.
Artıq bir neçə gündür ki, Türkiyədə Instagram sosial media platformasına giriş məhdudlaşdırılıb. Ankara sakinlərindən bu qərara reaksiyalarını soruşduq.
Ankarada Avro-2024 futbol oyunları Atatürk orman çiftliyində təşkil edilən böyük led ekranlardan izləndi. Türkiyə milli komandasının 1/4 hesabı ilə finalda məğlub olması və təşkil olunan tədbir haqqında şəhər sakinləri ilə sorğu keçirdik.
Ankarada keçirilən 27-ci "Uçan Süpürgə Beynəlxalq Qadın Filmləri” festivalında 42 film nümayiş etdirilib. “Uçan Süpürgə” vəqfinin mədəniyyət və incəsənət direktoru Dilek Metin Sərt festivalların qarşılaşdığı iqtisadi böhranla yanaşı, qadın rejissorların üzləşdikləri çətinliklər barədə danışıb.
İstanbulda yoxsul ailələrin yeni doğulmuş körpələrinə dəstək paketi verilib. Paketdə körpələrin ehtiyaclarına uyğun məhsullar mövcuddur. İstanbul Sosial Xidmətlər şöbəsinin müdiri Enif Yavuz İstanbulda yaşayan vətəndaşlar üçün də müxtəlif layihələr həyata keçirdiklərini bildirib.
Daha çox yüklə