Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Cəmiyyətin nümayəndəsi Cem Güralın bildirdiyinə görə, konsertin məqsədi Türkiyədə anonim sayılan bəzi mahnıların əslində Azərbaycan bəstəkarlarına məxsus olduğunu tanıtmaqdır.