Accessibility links

Dövlət Departamenti: Biz Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq


“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və sülh gələcəyin təşviqi öhdəliyinə sadiq qalır.”

Bu barədə avqustun 30-da ənənəvi brifinqdə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Turan agentliyinin müxbirinin sualının cavabında deyib.

Vedant Patel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyan arasında bu gün, avqustun 31-də Brüsseldə keçiriləcək görüşdən gözləntilərlə bağlı deyib: “Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.

Ermənistan və Azərbaycan liderləri bu gün Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar aparmaq üçün görüşəcəklər.

Vaşinqton Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edərək Brüssel prosesini dəstəklədiyini bildirib.

XS
SM
MD
LG