Accessibility links

Dövlət Departamenti: Ermənistanla Azərbaycan arasında sülhə kömək etmək üçün çalışırıq


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

“Vaşinqton əvvəlkitək Ermənistanla Azərbaycan arasında uzunmüddətli və hərtərəfli sülh üçün imkanları görür, bunun üçün əlindən gələni etməyə çalışır," ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays avqustun 17-də gündəlik brifinqdə bildirib .

O, Turan agentliynin müxbirinin sualına cavabda Dövlət Katibi Antoni Blinkenin bu yaxınlarda Azərbaycan və Ernənislan liderləri ilə əlaqə saxladığını yada salıb.

“Biz Dağlıq Qarabağda və onun ətrafında son döyüşlər, o cümlədən bunun nəticəsində baş vermiş itkilər və insan tələfatı ilə bağlı dərin narahatlığımızı bildiririk. Biz tərəfləri gərginliyi azaltmaq və daha da gərginləşmədən qaçmaq üçün təcili addımlar atmağa çağırırıq. Son vaxtlar gərginliyin artmasını qeyd edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayırıq. Beləliklə, bəzi zorakılıqla nəticələnən gərginliyin güclənməsini müşahidə etsək də, tərəflərlə işləməyə sadiq qalacağıq. Biz ikitərəfli, eyni zamanda Avropa İttifaqındakı həmfikir tərəfdaşlarımızla və ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkələrə uzunmüddətli, hərtərəfli sülhün tapılmasına kömək etmək üçün səylərimizi davam etdirəcəyik,” Prays qeyd edib.

“Uğursuzluqlara baxmayaraq, biz hələ də imkanları görürük və bunun tez bir proses olmayacağını həmişə başa düşmüşük. Mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli, hərtərəfli sülhə kömək etmək üçün çalışırıq," Ned Prays Qarabağda nizamlanmanın perspektivləri və ABŞ-ın rolu barədə sualın cavabında bildirib.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir azərbaycanlı və iki erməni hərbi qulluqçu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG