Accessibility links

Əliyev və Makron telefon söhbətində Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə ediblər


İlham Əliyev və Emmanuel Makron
İlham Əliyev və Emmanuel Makron

Avqustun 4-də Fransa prezidenti Emmanuel Makron və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, söhbətin əsas mövzusu Ermənistan və Azərbaycan arasında son günlərdə yaşçanan gərginliklər olub.

Fransa lideri ölkəsinin tərəflər arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Əliyev öz növbəsində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçunun həlak olduğunu vurğulayıb və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Fransa dövlətinin yaydığı açıqlamada deyilir ki, Prezident Makron son günlər, xüsusilə Laçın dəhlizi ərazisində baş verən ciddi insidentlərdən narahatlığını bildirib.

“Fransa Ermənistan və Azərbaycan arasında dialoqun və regionda sabitliyin təmin edilməsinə yönəlmiş səylərə dəstək vermək üçün tərəflər və digər tərəfdaşlarla sıx əlaqələr saxlayır” - məlumatda deyilir.

Ötən günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə hər iki tərəfdən təlafatlar olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG