Accessibility links

ABŞ-ın ATƏT-dəki missiyası Dağlıq Qarabağdakı gərginliyin azaldılmasına çağırır


"ABŞ Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər, habelə xəsarət alanlar və itkilər barədə xəbərlərdən dərin narahatlığını bildirir. Biz vəziyyəti diqqətlə izləyirik və gərginliyin daha da artmasının qarşısının alınması üçün dərhal addımların atılmasına çağırırıq”.

Bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının bəyanatında deyilir.

Bəyanat ABŞ-ın ATƏT-dəki missiyasının xüsusi daimi nümayəndəsi Kortni Ostrian tərəfindən səsləndirilib. Bəyanatda deyilir ki, ABŞ ATƏT-in Daimi Şurasında dəfələrlə Dağlıq Qarabağla əlaqədar bütün qalan məsələlərin danışıqlı, hərtərəfli və davamlı həllinə çağırıb.

O, xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken ötən həftə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışıqlarında “de-eskalasiyaya nail olmaq və gərginliyin azaldılması üçün birbaşa təmaslara” çağırıb:

“Birləşmiş Ştatlar eyni cür düşünən partnyorlarla istər ikitərəfli əsasda, istərsə də ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistan və Azərbaycan arasında dialoqun təşkilinə və münaqişənin uzunmüddətli siyasi həllinin əldə olunmasına kömək etməyə hazırdır”.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə Azərbaycanın azı bir, Ermənistanın isə iki hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

XS
SM
MD
LG