AXCP fəalının apellyasiya şikayəti təmin olunmayıb
Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində Xəzər Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalı Zamin Salayevin (Əlizamin Salayev) vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı qərarından verilmiş şikayətə baxılıb. Əlizamin Salayevin oğlu Oqtay Salayevin sözlərinə görə, 29 gündür aclıq aksiyası keçirən AXCP fəalının səhhəti yaxşı deyil və hazırda ailəsi ilə görüş və ya telefon danışığına icazə verilmir. Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin internetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb. Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı