“Əsas fokusumuz ABŞ-da yaşayan azərbaycanlıların bacarıqlarını gücləndirməkdir”
Azərbaycanlılar Birliyi təşkilatının təsisçisi Fərhad Ələkbərov Amerikanıln Səsinə müsahibəsidə yaratdıqları təşkilatın məqsədlərindən və görəcəkləri işlərdən danışıb. Onun sözlərinə görə, müxtəlif ştatlarda fəaliyyət göstərən bir və ya bir neçə Azərbaycan cəmiyyətləri olsa da onlar daha çox lokal şəkildə qalır. Buna görə də digər ştatlardan olan azərbaycanlıları tanımaq çətin olur. Azərbaycanlılar Birliyi isə müxtəlif ştatlarda yaşayan azərbaycanlıları bir platformada birləşdirməyə imkan yaradacaq. Fərhad Ələkbərov əlavə edib ki, artıq birliyə ABŞ-ın 27-dən çox ştatından və Kanadanın iki əyalətindən yüzlərlə insan qoşulub. Birlik artıq nəzərdə tutduğu fəaliyyətlərinə start verib və texnologiya sahəsində işləməkdə maraqlı olan insanlar üçün 7 həftəlik online dərslərə başlanıb.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib