Bu il Oregon Zooparkının “ZooLights” tədbiri hər zamankından daha parlaq keçib. Həftələr öncədən hazırlanmış yeni attraksionlar, möhtəşəm işıqlandırmalar və yaddaqalan təcrübələr bura gələn ziyarətçilər üçün əsl Milad bayramı ab-havası yaradıb.
Kreml bu dəfə rus generalı İqor Kirillovun öldürülməsindən Ukrayna və ABŞ-ı hədəf alan biosilahlara dair konspirasiya nəzəriyyələrini təkzib etmək üçün istifadə edir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynada 600 min itki verdiyi üçün Suriyada Əsəd rejiminə kömək edə bilmədiyini deyib. Kremlin sözçüsü Dmitri Peskov Trampın iddiasını rədd edərək, Ukraynanın hərbi itkilərinin Rusiya ilə müqayisədə xeyli yüksək olduğunu iddia edib.
Noyabrın 21-də Rusiya Ukraynanın Dnepr şəhərini eksperimental “Oreşnik” orta mənzilli ballistik raketi ilə vurub. Rusiya prezidenti Vladimir Putin ertəsi gün “Oreşnik” raketinin zərərsizləşdirilməsinin mümkün olmadığını iddia edib.
Almaniya oktyabrın 21-də Baltik dənizi sahilində yerləşən Rostokda hərbi donanma qərargahının açılışını edib. Rusiya bazanın yaradılmasını İkinci Dünya Müharibəsindən əvvəl Almaniyanın nasist hərbiləşdirilməsi ilə müqayisə edərək, bunun soyuq müharibə dövründəki razılaşmanı pozduğunu bildirib.
Məşhur “Vaqner” qruplaşması və onun mərhum banisi Yevgeni Priqojinlə yaxın əlaqələri olan rus siyasi operatoru Maksim Şuqaley sentyabrın ortalarında Çadda heç bir izahatı verilməyən ittihamlarla saxlanılıb. Rusiya rəsmiləri və dövlət nəzarətində olan media iddia edir ki, Şuqaley günahsızdır.
Hüseyn Kərimov 20 ilə yaxındır ki, ABŞ-da yaşayır. Bu müddət ərzində o, beş müxtəlif sahə üzrə ixti saslaşan və 160-a yaxın insanı işlə təmin edən tikinti şirkəti qurmağa müvəffəq olub. Deyir ki, Birləşmiş Ştatlara köçənə qədər topladığı təcrübə burada uğurlu olmağında böyül rol oynayıb.
İlkin Abasov Bakıdan dostluq etdiyi tələbə yoldaşı İmirlə bərabər artıq bir ildən çoxdur ki, Vaşinqton ştatının paxtaxtı Olimpia şəhərində pizza dükanı işlədir. Deyir ki, qida sektorunda çalışmaq istəkləri məhz elə aldıqları təhsil sayəsində yaranıb.
Günay Ələkbərova artıq 7 ildir ki, ailəsi ilə bərabər ABŞ-da yaşayır. 3 il öncə Sietl şəhərinə köçdükdən sonra o, şirniyyat kafesi açmaq qərarı verir.
Son iki il ərzində İran siyasətini silkələyən hadisələr baş verib. Ölkəni bürüyən etirazlar, prezidentin qəzada ölümü və islahatçı prezidentin seçilməsi. Bu mövzuda, həmçinin bir ay sonra keçiriləcək ABŞ prezident seçkilərinin İranla münasibətə təsiri haqda sosioloq Ramin Cabbarlı ilə danışdıq.
ABŞ əhalisi arasında Rusiyanın hərbi təcüvüzünə qarşı mübarizə aparan Ukrayanaya dəstək birmənalı qarşılanmır. Əhalinin Ukrayanaya dəstəklə bağlı mövqeyi bərabər sayda iki yerə bölünüb. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla görüşlərimizdə onların bu mövzuda mövqeyi ilə maraqlandıq.
Sentyabrın 24-də Amerika Birləşmiş Ştatları 58 yaşlı Rayn Rutu keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etməkdə ittiham edib. Rusiya və ABŞ-dakı Kreml yönümlü mənbələr isə Raynın Kyiv adından hərəkət etdiyini iddia etmək üçün onun Ukraynaya dəstək verdiyi keçmişindən istifadə edirlər.
Sentyabrın 18-də Ukrayna Rusiyanın Kursk bölgəsində əks-hücumunu dayandırdığını, mülki rusların hələ də işğal olunmuş ərazilərdə qaldığını elan edib. Sentyabrın 8-də TASS, Kursk bölgəsindəki Ukrayna muzdlularının mülki insanlara qarşı xüsusilə qəddar olduğunu iddia edib.
İqtisadiyyat hər zaman ABŞ seçkilərinin əsas mövzusu olub. 2024-cü il seçkiləri də istisna deyil. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla ölkədəki iqtisadiyyatın vəziyyəti ilə bağlı müşahidələri haqda danışdıq.
Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya dövlət mediası yüzlərlə xəbər məqaləsi və televiziya reportajında Larri C. Consona istinad edib. Kreml Consonun tez-tez yalnış və aldadıcı iddialarından Rusiyayönlü hekayələri təbliğ etmək və öz imicini yaxşılaşdırmaq üçün istifadə edir.
Rusiya ABŞ-da siyasi parçalanmaları daha da gücləndirmək və Ukraynaya dəstəyi zəiflətmək üçün keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdini özünə fürsət bilib.
2024-cü il ABŞ prezident seçkilərinə təxminən altı həftə qalır. Cari vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp ölkənin 47-ci prezidenti olmaq uğrunda sərt rəqabətdədirlər. Vaşinqton ştatında yaşayan azərbaycanlılardan bu seçkilər haqda nə düşündüklərini öyrəndik.
Daha çox yüklə