Rusiyanın Ukraynaya hücumu zamanı qanunsuz olaraq Rusiyaya aparılan ukraynalı məhbuslar hazırda Tbilisidə bir hosteldə yerləşdirilib. Onlar burada sənədlərinin həllini gözləyir və vətənlərinə - Ukraynaya qayıtmağa hazırlaşırlar.
“Əlimizdə heç nəyimiz yox idi. Gürcüstan sərhədinə çatanda könüllülər bizi qarşıladı və əsas ehtiyaclarımızı təmin etdilər” - deyə sabiq məhbuslardan biri deyir.