Gürcüstanda davam edən etirazlar çərçivəsində ölkənin etnik azlıqları yürüş təşkil ediblər. Etnik ermənilər, azərbaycanlılar və acarların iştirak etdiyi bu yürüşün iştirakçıları parlament binasının qarşısında digər etirazçılara qoşulublar.
Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçilib. Seçkilərdə yalnız hakim “Gürcü arzusu” partiyası təmsil olunub və partiyanın namizədi keçmiş futbolçu Mixail Kavelaşvili olub.
Tbilisinin elektron musiqi icması Gürcüstandan iki həftədən çoxdur davam edən etiraz aksiyalarına qoşulublar. Marcanişvili meydanında toplaşan etirazçılar yeni seçkilər və etirazlarda saxlanılanların azadlığını tələb edib.
Gürcüstanda hökumətin Avropa İttifaqında qoşulmaqla bağlı danışıqlara son qoymaq qərarından sonra başlayan etirazlar 15 gündür davam edir. Etirazlarda iştirak edən tanınmış sənət tarixçisi Marine Mizandari bu etirazlar haqda fikirlərini Amerikanın Səsi ilə bölüşüb.
Tbilisidə Gürcüstan hökumətinin Avropa İttifaqına qoşulmaqla bağlı danışıqları dayandırmaq qərarından sonra başlayan etirazlar 11 gündür ki, davam edir.
Gürcüstanda hökumətin Aİ-yə qoşulmaqla bağlı danışıqları dayandırmasından sonra başlayan etirazlar artıq 9 gündür davam edir. Bir çox könüllü etirazçılara dəstək qida və içki paylayır.
Dekabrın 3-də Gürcüstanda keçirilən hökumət əleyhinə etirazlar zamanı polis tərəfindən saxlanılanlar arasında etnik azərbaycanlı vətəndaş Elvin Kərimov da olub. Vəkilləri Kərimovun polis zorakılığına məruz qaldığını və məhkəmə prosesinin obyektiv keçirilmədiyini deyirlər.
Gürcüstanda davam edən hökumət əleyhinə etirazlara etnik azərbaycanlı icmasının bir qrup üzvü qatılıb. 4 dekabrda Kvemo Kartli bölgəsindən olan aktivistlər, hüquq müdafiəçiləri, ictimai təşkilat və müxalifət nümayəndələri Marneulidə aksiyası təşkil ediblər.
25-ci Tbilisi Beynəlxalq Film Festivalının gürcü filmləri panoraması etirazlar səbəbindən ləğv edilib. Festival direktoru Qaqa Çixeydze tədbirin açılışını dayandıraraq aksiyalara qatıldıqlarını açıqlayıb.
Gürcüstan hökümətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması qərarından sonra başlayan etirazlar artıq 4 gecədir davam edir. Polislə etirazçılar arasında qarşıdurma nəticəsində yaralanan və həbs olunanlar var.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, Gürcüstanın Avropa İttifaqına üzvlük müzakirələrini 2028-ci ilə qədər dayandırmaq və Aİ-nin büdcə dəstəyindən imtina etmək qərarını açıqlamasından dərhal sonra insanlar Tbilisi və digər şəhərlərdə geniş etirazlar askiyaları başladıb.
Gürcüstanda müxalifət partiyaları parlament seçkilərinin saxtalaşdırıldığını iddia edərək, XI çağırışın ilk iclasına qatılmayıb və Mərkəzi Seçki Komissiyasına mandatlarından imtina etdiklərini rəsmi olaraq bəyan ediblər.
Tbilisidə şəhərin müxtəlif yerlərində yerləşdirilmiş ianə qutuları vasitəsilə ukraynalı qaçqınlara dəstək toplanır. Bu qutular “Volunteers Tbilisi” təşkilatına məxsusdur. 2022-ci ilin aprelində yaradılan proqram çərçivəsində təşkilat Tbilisidəki kafe, mağaza və digər bizneslərlə əməkdaşlıq edir.
Noyabrın 25-də Gürcüstanda parlamentin XI çağırışının ilk plenar iclası keçirilib. Seçki nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifət nümayəndələrinin parlamentə daxil olmaqdan imtina etməsindən sonra hakim partiya iclası müxalifətsiz keçirib.
Polisin Tbilisi Dövlət Universitetinin həyətinə daxil olması ilə bağlı rektoru günahlandıran tələbələr onun istefasını tələb edirlər. 25 noyabrda parlamentin ilk açılış iclası planlaşdırılır. Lakin prezident Saloma Zurabişvili xalqı bir gecə əvvəldən parlament binasının önünə toplaşmağa səsləyib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 26 oktyabr parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qalib gəldiyini elan edib. Müxalifət və bəzi müşahidəçilər seçkilərin ədalətli olmadığını iddia edir. Üç müxalifət partiyası mandatlardan imtina edəcəyini açıqlayıb.
İsveçli iqlim fəalı Qreta Tunberq Tbilisidə Azərbaycanda COP29 sammitinə qarşı aksiya keçirib. Tunberq erməni, azərbaycanlı və gürcü aktivistlərlə Azadlıq meydanında bir araya gəlib, COP29-un regiondakı problemlərə göz yummasına etirazını bildirib.
Oktyabın 26-da Gürcüstanda bir çox müşahidəçinin “tarixi əhəmiyyətli” adlandırdığı parlament seçkiləri keçirildi. Hazırda hakimiyyətdə olan “Gürcü arzusu” partiyası rəsmi nəticələrə əsasən, seçkilərdə qalib oldu. Ölkə prezidenti və müxalifət isə nəticələrlə razı deyil.
Rusiyanın Ukraynaya genişmiqyaslın hücumundan sonra Gürcüstanda məskunlaşan ukraynalı qaçqınlar “Gürcü Arzusu” partiyasının parlament seçkiləri ərəfəsində yayımlanan reklamlarından ciddi narahatdırlar.
Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini qəbul etməyən prezident Saloma Zurabişvili xalqı parlament binasının önündə toplaşmağa çağırdı və 28 oktyabr tarixində on minlərlə insan seçki nəticələrinə etiraz etmək məqsədilə meydana yığışdı.
Daha çox yüklə