Azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı və qızlarının iştirakı ilə Gürcüstan paytaxtı Tbilisidə hökumət administrasiyasının qarşısında nümayiş keçirilib.
“Emigration for Action” Gürcüstandakı rus mühacirlər tərəfindən həyata keçirilən, ukraynalı qaçqınlara tibbi, sosial və psixoloji sahələrdə kömək edən və müharibəyə qarşı olan rusdilliləri birləşdirən layihədir.
Tbilisidə Ukraynanın müstəqillik günü münasibətilə yürüş keçirilib. Gürcüstandakı ukraynalılar, ukraynalı yazıçı, şair və rəssam Taras Şevçenkonun heykəlinin yanından başlayan yürüşü Gürcüstan parlamentinin önündə yekunlaşdırıblar.
Tbilisidə Ukraynadan olan qaçqınlara məlumat, qida, dərman, tibbi yardım və müvəqqəti yaşayış yeri təmin edən könüllülər qrupu "Volunteers Tbilisi" adlanır. Təşkilatın təsisçisi Maria Belkinanın dediklərinə görə, komanda üzvlərinin çoxu rusiyalıdır.
Rusiyanın Ukraynaya hücumundan Rusiyanı tərk edən Yana anası ilə birlikdə Gürcüstana köçüb. İngilis dili müəllimi olan Yana hal-hazırda Tbilisidə ukraynalı qaçqınlara dəstək təşkilatı olan “Choose to Help” vasitəsi ilə buradakı qaçqınlara pulsuz ingilis dili dərsləri keçir.
Gürcüstanda olan hüquq müdafiəçisi Avtandil Məmmədovun sığınacaq istəyi ilə bağlı Miqrasiya Departamentinə müraciətinə rədd cavabı aldıqdan sonra məhkəməyə müraciət edib. Məhkəmə isə Məmmədovun Azərbaycan hökuməti tərəfindən təqib edilməsi ilə bağlı kifayət qədər sübut olmadığını bildirilib.
CARE Qafqaz tərəfindən dəstəklənən “Gürcüstanda Ukraynalı Qaçqınlara Yardım və Dayanıqlıq üçün Dəstək” çərçivəsində Tbilisidə 6 ay davam edəcək layihəyə start verilib. Layihə çərçivəsində əl işləri və musiqi ilə bağlı ustad dərsləri keçiriləcək.
Ukraynada müharibə dövründə Gürcüstanda fəaliyyət göstərməyə başlayan humanitar yardım mərkəzlərindən biri də "Choose to Help"dir. İlk fəaliyyətlərinə Ukraynaya yardım göndərməklə başlasalar da, Gürcüstana gələn qaçqınların sayının artması nəticəsində mərkəz yardım istiqamətini dəyişdirməli olub.
Gürcüstandakı etnik və dini azlıqların hüquqlarını müdafiə edən "Salam" platforması Gürcüstanda azərbaycandilli gənclərin ölkədəki ictimai fəallığını artırmaq məqsədi ilə Gənclər Forumu təşkil edib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı vasitəsi ilə Almaniya hökuməti tərəfindən Tbilisidə açılan Ukrayna evi, Gürcüstanda məskunlaşan ukraynalıların sosiallaşmaları üçün əsas məkana çevirilib.
Ukraynalı pianoçu Mariya Klimenko və məşhur gürcü violonçel ifaçısı Lizi Ramişvilinin Tbilisidə konsert proqramı baş tutub. Kyivdə yaşayan Mariya Klimenko Tbilisiyə məhz bu konsert üçün ziyarət etdiyini deyib. Konsertdə Gürcüstan prezidenti Salomi Zurabişvili də dinləyicilər arasında yer alıb.
Batumidə ukraynalı qaçqınların açdığı bu kafe Gürcüstandakı ukrayna icmasının sosiallaşmaları üçün şərait yaradır. Gəlirlərin bir hissəsini Ukraynaya dəstək fondlarına göndərən kafe sahibləri, əlavə ianə əldə etmək üçün fərqli tədbirlər və film nümayişləri də təşkil edirlər.
Ukraynada müharibədə evini itirmiş və Gürcüstanda məskunlaşmış İrina Smolnikovanın qızı Azov batalyonu döyüş həkimi olaraq Ukrayna Milli Qvardiyasında xidmət edir.
Tbilisidə 50 mindən çox etirazçının iştirakı ilə "Xarici agent haqqında" qanuna qarşı yürüyüş keçirilib və etirazçılar Avropa Meydanına toplanaraq Avropa gününü qeyd ediblər.
DJ Katerina Hunko Rusiyanın böyükmiqyaslı hücumundan sonra Tbilisidə məskunlaşan ukraynalılardan biridir və o hal-hazırda Gürcüstanda öz musiqi karyerasını davam etdirir.
Bu il Tbilisi mədəniyyət həftəsində azərbaycanlı təmsilçi olaraq, müasir incəsənət rəssamı Faiq Əhməd “Şübhələr” əsəri ilə iştirak edib. Rəssam öz əsərlərində Azərbaycan xalçalarının naxış və dizaynlarını, rəssamlıq ənənələri ilə birləşdirir və müasir əsərlərə çevirir.
Gürcüstanda məskunlaşan ukraynalı qaçqınlar genişmiqyaslı hücumun ilk günlərindən Batumi Meydanında toplaşaraq insanların diqqətini Ukraynada davam edən müharibəyə cəlb etməyə çalışır.
Tbilisi şəhəri azərbaycanlı fəal və jurnalistlər üçün özgə yer deyil. Söhbət zamanı onlar Azərbaycanda üzləşdiyi təzyiqlərdən qaçmaq üçün Gürcüstan paytaxtında sığınmağa məcbur olduqlarını deyirlər.
Gürcüstanda "xarici agent" qanununa qarşı etiraz aksiyalarına Batumidə Şota Rustaveli Universitetinin tələbələri də qoşulub. Universitetin qarşısında başlayan etiraz yürüşü Batumi Avropa meydanında etiraz aksiyası ilə tamamlanıb.
Gürcüstanın azərbaycandilli icması “xarici agent” qanununa qarşı etirazlarda aktiv iştirak edirlər. Onlar, bu qanunun ən çox mənfi təsir edəcəyi qruplardan birinin də məhz etnik və dini azlıqlar olacağı ilə bağlı narahatlıqlarını dilə gətirirlər.
Daha çox yüklə