Tbilisidə aksiyalar günlərdir davam edir. Parlamentin ətrafına toplananlar daha sonra prezident sarayına doğru hərəkət ediblər. Prezident Salome Zurabişvili gənclərin yürüşünə müsbət münasibət bildirib və öz Facebook səhifəsində bununla bağlı təşəkkür paylaşımı edib.
Rusiyanın Ukraynaya hücumundan sonra Gürcüstanda məskunlaşmış Kristina Şalimova dünyanın fərqli ölkələrində yaşayan ukraynalı fotoqraflardan ibarət cəmiyyətin təsisçisidir. Bu fotoqraflar şəkillərini və fərqli posterləri sataraq, Ukrayna fondlarına öz dəstəklərini göstərirlər.
Gürcüstanın paytaxtı Tbilisidə incəsənət yarmarkası keçirilib. Yarmarkada dünyanın fərqli ölkələrindən olan sənətçilərə öz əsərlərini təqdim etmək şansı yaradılıb.
Tbilisidə toplanmış minlərlə Gürcüstan vətəndaşı həm 1989-cu il 9 aprel faciəsini, həm də 1991-ci il müstəqilliyin elan olunmasını qeyd ediblər. Aksiya iştirakçıları son günlər ölkə gündəmində olan "Xarici agent haqqında" qanununa da öz etirazlarını bildiriblər.
Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz edən insanlar Gürcüstan parlamentinin ətrafına toplaşaraq aksiya keçiriblər. Həmçinin aksiya iştirakçıları 2023-cü ilin mart ayında həbs edilən fəal Lazare Qriqoriadisyə də öz dəstəklərini nümayiş etdiriblər.
Gürcüstandakı etnik və dini azlıqların hüquqlarını müdafiə edən "Salam" platformasının üzvləri Gürcüstanda dövlət qurumlarında tərcüməçi olmaması ilə bağlı problemə diqqət çəkiblər.
Tbilisidə nümayiş olunan “Haqqım var!” sənədli filmi milli azlıqları təmsil edən qadınların Gürcüstan siyasətində iştirak etmək cəhdindən bəhs edir. Filmin qəhrəmanlarından biri 2021-ci ildə Saqareco rayonundan bələddiyə məclisi üzvü olaraq namizədliyini irəli sürmüş Tozu Gülməmmədlidir.
Gürcüstanın Marneuli bölgəsində yaxşayan azərbaycanlılar üçün bələdiyyə tərəfindən Novruz tədbiri təşkil edilib.
Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstandan olan, 16-21 yaşlı gənclərin fotolayihələrindən ibarət sərgi keçirilib. Gənclər proqramın sadəcə incəsənət yox, həmçinin mədəniyyətlərarası dialoq üçün onlara imkan verdiyini bildirir.
Tolerantlıq və Müxtəliflik İnstitutu və Norveç səfirliyi Gürcüstanın paytaxtı Tbilisidə "din və inanc azadlığı va qadın hüquqları'" adlı ictimai müzakirə tədbiri keçirib. Tədbirdə Gürcüstanın fərqli bölgələrindən fərqli dinlərə və millətlərə məxsus cəmiyyətlərin nümayəndələri çıxış edib.
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropaya köçmək məcburiyyətində qalan Martuşevlər ailəsi Niderlandda həyata uyğunlaşsa da tezliklə geri dönməyi arzulayır.
“Ukrayna üçün Niderland” fondunun həmtəsisçiləri Kseniya və Bas son iki ildə Ukraynadan minlərlə qaçqın ailəsinin Niderlanda gəlməsi, Ukraynada qalan insanlar üçün humantar və tibbi yardımların göndərilməsi ilə məşğul olurlar.
Niderlandda fəaliyyət göstərən “Help4Ukraine” təşkilatının könüllüləri ölkənin fərqli şəhərlərində supermarketlərin köməkliyi ilə həm Ukraynaya göndərmək üçün lazım olan məhsulları toplayır, həm də yerli sakinləri ölkələrindəki müharibə haqqında məlumatlandırırlar.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ikinci ilində Gürcüstanın paytaxtı Tbilisidə aksiya keçirilib.
Ukraynada müharibənin başlamasının ikinci ildönümü ilə əlaqəli Tbilisidə yerləşən Yazıçılar Evində tədbir keçirilib.
Marina Yasineviç 5 uşağı ilə birlikdə Ukraynadan Niderlanda köçüb və Niderland höküməti tərəfindən qaçqınlar üçün ayrılmış binada yaşayır. Marina binada ona ayrılmış emalatxanada art terapiya ilə məşğul olur və digər qaçqınların da sosiallaşması üçün şərait yaradır.
“Ukrayna üçün Niderland” fondunun Amsterdamda keçirilən tədbirində əsas məqsəd müalicə üçün Ukraynadan Niderlanda gətirilmiş yaralı əsgərlərlə, həkimlərinin bir araya toplanması və sosiallaşması olub. Tədbirdə keçirilən hərracda böyük məbləğlər toplanaraq Ukraynaya dəstək fondlarına ianə edilib.
Amsterdamda keçirilən Ukraynaya dəstək tədbirində Niderlandın keçmiş müdiafiə naziri və "Open Door" Ukraynaya dəstək təşkilatının təsisçisi Yoris Forhuve Ukraynanın Avropa İttifaqı və Şimali Amerika ölkələridən daha çox dəstəyə ehtiyac olduğunu bildirin.
Viktoriya Kravçenko və Aleksi Abuşko cütlüyü Ukraynanın İrpin bölgəsindəndir. Hal-hazırda Portuqaliyada yaşayan cütlük 2021-ci ilin qışında Ukraynadan Misirə tətilə gedirlər və bir müddət sonra ölkələrində müharibə başlaması nəticəsində geri qayıda bilmirlər.
Diana Kuçer Ukraynanın Çernomorsk bölgəsindəndir. Rusiyanın Ukraynaya hücumundan sonra Diana uşaqlarını və anasını da götürərək əvvəlcə Moldovaya sonra isə Portuqaliyaya qaçır. Hal-hazırda Portuqaliyada yaşayan Diana müharibənin bitməsini və yenidən evinə dönməyi ümid edir.
Daha çox yüklə