Bu il Tbilisi mədəniyyət həftəsində azərbaycanlı təmsilçi olaraq, müasir incəsənət rəssamı Faiq Əhməd “Şübhələr” əsəri ilə iştirak edib. Rəssam öz əsərlərində Azərbaycan xalçalarının naxış və dizaynlarını, rəssamlıq ənənələri ilə birləşdirir və müasir əsərlərə çevirir.