Gürcüstanda 50 gündən artıq davam edən aksiyaların iştirakçıları, ABŞ-ın Gürcüstan parlamenti tərəfindən prezident seçilən Mixeil Kavelaşvilini yox, ölkənin 5-ci prezidenti Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət etməsindən məmnun olduqlarını bildiriblər.
Gürcüstanın azərbaycanlı etnik icmasının üzvləri bildirirlər ki, regionlarda yaşayan etnik azərbaycanlılar bayram günlərində paytaxt Tbilisiyə gəlirlər. Bu fürsəti dəyərləndirmək istəyən aktivistlər şam ağacı ətrafında toplaşaraq etirazlar haqqında Azərbaycan dilində məlumat yaymağa qərar veriblər.
Gürcüstanda bir aydan çoxdur davam edən etiraz aksiyası Yeni İl gecəsi də davam edib. Gürcülərin Supra adlandırdıqları ənənəvi şam yeməyi süfrəsi Rustaveli prospekti boyunca açılıb.
Dekabrın 29-da Gürcüstanda Mixayıl Kavelaşvili parlamentdə yeni prezident kimi and içərək hakimiyyətə gəldi. Lakin 2018-ci ildən etibarən prezident olan Salome Zurabişvili Orbeliani Prezident Sarayı qarşısında çıxış edərək, hakimiyyətin qanuniliyinin yalnız xalqdan qaynaqlandığını vurğuladı.
Gürcüstanda məskunlaşan ukraynalı qaçqınlar, onlar üçün vacib olan Milad ənənəsi - Müqəddəs Axşamı Tbilisidə bir araya toplanaraq qeyd ediblər. “Bu gün bizim Ukraynada ‘Svyata Vecherya’ adlandırdığımız böyük ailə bayramımızdır,” - tədbirin təşkilatçısı qeyd edib.
Gürcüstanda məskunlaşan ukraynalı qaçqınlar milad yarmarkası təşkil edib. Təşkilatçılar bildirir ki, yarmarkanın məqsədi həm ukraynalı qaçqınların yerli gürcü icması ilə sosiallaşmasına, həm də toplanan məbləğdən Ukraynaya dəstək üçün ianə toplanmasına nail olmaqdır.
Gürcüstanda davam edən etirazlar çərçivəsində ölkənin etnik azlıqları yürüş təşkil ediblər. Etnik ermənilər, azərbaycanlılar və acarların iştirak etdiyi bu yürüşün iştirakçıları parlament binasının qarşısında digər etirazçılara qoşulublar.
Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçilib. Seçkilərdə yalnız hakim “Gürcü arzusu” partiyası təmsil olunub və partiyanın namizədi keçmiş futbolçu Mixail Kavelaşvili olub.
Tbilisinin elektron musiqi icması Gürcüstandan iki həftədən çoxdur davam edən etiraz aksiyalarına qoşulublar. Marcanişvili meydanında toplaşan etirazçılar yeni seçkilər və etirazlarda saxlanılanların azadlığını tələb edib.
Gürcüstanda hökumətin Avropa İttifaqında qoşulmaqla bağlı danışıqlara son qoymaq qərarından sonra başlayan etirazlar 15 gündür davam edir. Etirazlarda iştirak edən tanınmış sənət tarixçisi Marine Mizandari bu etirazlar haqda fikirlərini Amerikanın Səsi ilə bölüşüb.
Tbilisidə Gürcüstan hökumətinin Avropa İttifaqına qoşulmaqla bağlı danışıqları dayandırmaq qərarından sonra başlayan etirazlar 11 gündür ki, davam edir.
Gürcüstanda hökumətin Aİ-yə qoşulmaqla bağlı danışıqları dayandırmasından sonra başlayan etirazlar artıq 9 gündür davam edir. Bir çox könüllü etirazçılara dəstək qida və içki paylayır.
Dekabrın 3-də Gürcüstanda keçirilən hökumət əleyhinə etirazlar zamanı polis tərəfindən saxlanılanlar arasında etnik azərbaycanlı vətəndaş Elvin Kərimov da olub. Vəkilləri Kərimovun polis zorakılığına məruz qaldığını və məhkəmə prosesinin obyektiv keçirilmədiyini deyirlər.
Gürcüstanda davam edən hökumət əleyhinə etirazlara etnik azərbaycanlı icmasının bir qrup üzvü qatılıb. 4 dekabrda Kvemo Kartli bölgəsindən olan aktivistlər, hüquq müdafiəçiləri, ictimai təşkilat və müxalifət nümayəndələri Marneulidə aksiyası təşkil ediblər.
25-ci Tbilisi Beynəlxalq Film Festivalının gürcü filmləri panoraması etirazlar səbəbindən ləğv edilib. Festival direktoru Qaqa Çixeydze tədbirin açılışını dayandıraraq aksiyalara qatıldıqlarını açıqlayıb.
Gürcüstan hökümətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması qərarından sonra başlayan etirazlar artıq 4 gecədir davam edir. Polislə etirazçılar arasında qarşıdurma nəticəsində yaralanan və həbs olunanlar var.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, Gürcüstanın Avropa İttifaqına üzvlük müzakirələrini 2028-ci ilə qədər dayandırmaq və Aİ-nin büdcə dəstəyindən imtina etmək qərarını açıqlamasından dərhal sonra insanlar Tbilisi və digər şəhərlərdə geniş etirazlar askiyaları başladıb.
Gürcüstanda müxalifət partiyaları parlament seçkilərinin saxtalaşdırıldığını iddia edərək, XI çağırışın ilk iclasına qatılmayıb və Mərkəzi Seçki Komissiyasına mandatlarından imtina etdiklərini rəsmi olaraq bəyan ediblər.
Tbilisidə şəhərin müxtəlif yerlərində yerləşdirilmiş ianə qutuları vasitəsilə ukraynalı qaçqınlara dəstək toplanır. Bu qutular “Volunteers Tbilisi” təşkilatına məxsusdur. 2022-ci ilin aprelində yaradılan proqram çərçivəsində təşkilat Tbilisidəki kafe, mağaza və digər bizneslərlə əməkdaşlıq edir.
Noyabrın 25-də Gürcüstanda parlamentin XI çağırışının ilk plenar iclası keçirilib. Seçki nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifət nümayəndələrinin parlamentə daxil olmaqdan imtina etməsindən sonra hakim partiya iclası müxalifətsiz keçirib.
Daha çox yüklə