Ukraynalı qaçqınlar Müqəddəs Axşamı Tbilisidə birlikdə qeyd etdilər
Gürcüstanda məskunlaşan ukraynalı qaçqınlar, onlar üçün vacib olan Milad ənənəsi - Müqəddəs Axşamı Tbilisidə bir araya toplanaraq qeyd ediblər. “Bu gün bizim Ukraynada ‘Svyata Vecherya’ adlandırdığımız böyük ailə bayramımızdır,” - tədbirin təşkilatçısı qeyd edib. “Bu gün ailələr və dostlar bir araya toplanır, xüsusi hazırlanmış Kutia yeməyini və 12 növ ətsiz yeməyi paylaşırlar.” Təşkilatçılar bildirir ki, ailələrindən və vətənlərindən uzaqda olan ukraynalılar üçün bir araya toplanmaq, ənənələrini yaşatmaq və bayramı birlikdə qeyd etmək olduqca vacibdir. - “Biz burada ailələrimizlə deyilik, amma dostlarımızla birlikdə özümüzü bir ailə kimi hiss edirik”.
Episodes
-
Dekabr 28, 2024
Jurnalist Teymur Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib