Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti məhkəmə prosesi keçirilib.
Yanvarın 15-də Yasamal rayon məhkəməsində siyasətçi Azər Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Siyasətçinin vəkili Aqil Layıc bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.
Yanvarın 10-da İstanbul Universitetinin doktorantı Fazil Qasımovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayət Məhkəməsində baş tutan iclasda Fazil Qasımov bu dəfə də ifadə verə bilməyib.
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı Həmzə Məmmədli barəsində hökm oxunub. 33 yaşlı Həmzə Məmmədli O, 2023-cü ilin iyulunda Azərbaycana öz toyuna gələrkən hava limanında saxlanılıb.
Dekabrın 28-də “Abzas Media” işi üzrə ilk baxış iclası keçirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan prosesdə müdafiə tərəfi bir sıra vəsatət təqdim edib.
Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun növbəti məhkəmə prosesi keçirilib. İclasda istintaq sənədlərində adı çəkilən iki hal şahidindən yalnız biri iştirak edib.
İlin sonuna doğru yeni başlanğıcların ümidini daşıyan Miqrantlar Günü evindən uzaqda olan hər kəsin keçmişi ilə gələcəyini bağlayan bir körpü kimi dəyərləndirilir. Sosial-iqtisadi çətinliklər, siyasi səbəblər, keyfiyyətli təhsil üçün bir çox azərbaycanlı əsasən inkişaf etmiş ölkələrə üz tutur.
2024-cü il sona yaxınlaşır. Bu il Azərbaycanda ictimai-siyasi müstəvidə bir çox mühüm hadisə baş verib. Bəs hansı hadisələr ölkə vətəndaşlarının yadında qalıb? Amerikanın Səsi paytaxt sakinləri arasında sorğu keçirib.
Dekabrın 17-də ictimai fəal, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutub.
Dekabrın 14-də Bakıda diplomatik icma tərəfindən Beynəlxalq Qış Xeyriyyə Yarmarkası təşkil edilib. İsveçrə səfirliyinin nümayəndəsi Şararreh Huber bildirib ki, bu yarmarka diplomatik missiya rəhbərlərinin xanımları tərəfindən təşkil olunub və artıq səkkizinci dəfədir ki, keçirilir.
Dekabrın 13-də siyasətçi Azər Qasımlı barəsində Yasamal rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində baş tutmuş iclasda hakim mmüdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib.
Dekabrın 12-si "Meydan TV"nin əməkdaşı Aysel Umudovanın Bakı Apellyasiya məhkəməsində iclası baş tutub. Məhkəmədə müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin Aysel Umudova haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından şikayət verib.
Dekabrın 11-i keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin apellyasiya məhkəməsində növbəti iclası baş tutub. Prosesdə müdafiə tərəfinin təqdim etdiyi Nazim Bəydəmirli barəsində çıxarılan 8 il həbs qərarı ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Bəydəmirli haqqında çıxarılan hökmü qüvvədə saxlayıb.
10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyət daim müzakirə mövzusudur. Ölkənin qanunvericiliyində bu hüquqların qorunması ilə bağlı müddəalar olsa da, ekspertlərin fikrincə, bəzi sahələrdə ciddi problemlər qalmaqdadır.
Hər il dekabrın 9-da dünya ölkələri korrupsiya ilə mübarizə mövzusuna diqqəti artırır. Bəs Azərbaycanda bu sahədə hansı əhəmiyyətli işlər görülüb?
Hər il dünyada 5 Dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycanda könüllülük fəaliyyəti qanunvericiliklə tənzimlənən fəaliyyətdir.
Dekabrin 5-də ictimai fəal Rail Abbasovun növbəti məhkəmə prosesi keçirilib. İctimai fəal ona irəli sürülən ittihamları qəbul etmir və həbsini ictimai fəal Bəxtiyar Hacıyev ilə dostluğu, onun müdafiə prosesində aktiv iştirak etməsi ilə əlaqəndirir.
Dekabrın 4-ü keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli barəsində çıxarılan 8 il həbs qərarı ilə bağlı müdafiə tərəfinin verdiyi şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində baş tutan ilkin baxış iclasında verilən şikayətin dəlilləri müzakirə edilib.
Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Bu gün Sumqayıtda əlillər üçün salınmış qəsəbədə yaşayan bir qrup gözdən əlil öz sosial problemlərinə diqqət çəkib.
Noyabrin 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun məhkəmə prosesi keçirilib. İclasda birinci qrup əlilliyi olan Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.
Daha çox yüklə