Dekabrın 14-də Bakıda diplomatik icma tərəfindən Beynəlxalq Qış Xeyriyyə Yarmarkası təşkil edilib. İsveçrə səfirliyinin nümayəndəsi Şararreh Huber bildirib ki, bu yarmarka diplomatik missiya rəhbərlərinin xanımları tərəfindən təşkil olunub və artıq səkkizinci dəfədir ki, keçirilir.