Noyabrın 26-sı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq çərçivəsində "Orda bir möcüzə var" qısa filminin nümayişi baş tutub. Rejissoru Səhər Cahan, ssenari müəllifi Gülarə İsmayılovaya məxsus film Şəkidə yaşayan İlhamə Hüseynovanın hekayəsini onun öz dilindən nəql edir.
Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbs müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxıb. Vəkilin sözlərinə görə, şikayəti təmin etməyib və Əbilovun həbs müddətinin martın 22-dək uzadılması qərarını qüvvədə saxlayıb.
Bakıda COP29 beynəlxalq iqlim konfransı çərçivəsində "Paralel dünyalar" adlı qrup sərgisi nümayiş olunur. Gazelli incəsənət evində keçirilən sərgidə təbiilik və sünilik anlayışları rəssamların əsərlərində araşdırılır.
Noyabrın 5-dən etibarən “Qanun” nəşriyyatı 1-2 manatlıq kitab sərgisinə start verib. Sərgi 2 həftəyə yaxındır davam edir. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib ki, sərginin əvvəlcə 1 həftə davam etdirilməsi nəzərdə tutulsa da, oxucuların marağı səbəbindən tədbirin müddəti uzadılıb.
Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz sektorundan asılı hesab olunur. Bəs ölkənin enerji sektorundan başqa dünyaya ixrac edə biləcəyi nələri var? Amerikanın Səsi paytaxt sakinləri arasında sorğu keçirib.
Azərbaycanın dövlət büdcəsinin formalaşmasında neft və qazdan əldə edilən gəlirlərin xüsusi payı var. Bəs ildən ilə neft ehtiyatlarının azalması maaşlara, təqaüdlərə və müavinətlərə necə təsir göstərəcək?
Noyabrın 19-u Səbail rayon məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilovun növbəti məhkəmə prosesi baş tutub.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, Azərbaycanda son 5 ildə inflyasiya təxminən 40 faiz təşkil edib. Bəs əhali qiymət artımını ən çox hansı sahələrdə hiss edir? Amerikanın Səsi paytaxt sakinləri arasında sorğu keçirib.
Azərbaycanda vətəndaşların konstitusion hüquqları necə təmin olunur? Hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir, ötən 29 ildə konstitusiyanın tam icrası təmin olunmayıb. Deputat Zahid Oruc isə son illərdə vətəndaşların hüquqlarının təmin olunması üçün mühüm addımlar atıldığını bildirir.
Azərbaycanın Qarabağ üzərində nəzarəti geri qaytarmasından 4 il keçməsinə baxmayaraq, hələ də məcburi köçkün həyatına davam edən ailələr var. Belə ailələrdən biri Bakıdakı yataqxanalardan birinin zirzəmisində yaşayan Qurbanovlar ailəsidir.
Talış tarixinin tədqiqatçısı İqbal Əbilovun vəkili Rövşanə Rəhimli bildirir ki, qanuna əsasən, apellyasiya məhkəməsi 3 iş günü ərzində şikayətə baxmalı idi, lakin iclasın keçiriləcəyi dəqiq tarix hələ də bəlli deyil.
Son bir həftədə Bakıya yağan leysan xarakterli yağışlar Sabunçu qəsəbəsində ciddi problemlərə səbəb olub. Avtomobil tunelləri, yol qovşaqları və bir sıra yaşayış evi suyun altında qalıb, nəticədə sakinlər üçün gündəlik həyat çətinləşib.
“Salaam Cinema” yerli sənətçiləri və icma üzvlərini bir araya gətirmək üçün "bit bazarı" yarmarkasını təşkil edib. Bir ay öncədən hazırlıqlarına başlanılan bu yarmarkada həm sənət əsərləri, həm də ikinci əl müxtəlif əşyaların satışı icmaya təqdim edilib.
69 yaşlı Nadejda Potaenko bir vaxtlar məktəbdə rus dili və ədəbiyyat müəllimi kimi işləyib. 30 ildən çox pedaqoji fəaliyyət göstərən bu qadın təqaüdə çıxandan sonra həyatında yeni bir səhifə açıb. Uşaqlıqdan bəri maraq göstərdiyi əl işləri ilə məşğul olmağa, xüsusilə gəlinciklər tikməyə başlayıb.
Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsi sakinlərinin illərdir davam edən su problemi ilə bağlı narazılıqları yenidən gündəmə gəlib. Oktyabrın 21-də bir qrup sakin "Azərsu"nun binası qarşısında toplaşaraq suyun olmamasından şikayət ediblər.
Oktyabrın 18-i Səbail rayon məhkəməsində ictimai fəal Bəhruz Səmədovun məhkəmə prosesi olub. Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclas gənc activist Bəhruz Səmədova qarşı təzyiqlərin araşdırılması ilə bağlı idi.
121 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun növbəti məhkəməsi keçirilib. Oktyabrın 10-u Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkəmə prosesi baş tutub.
Azərbaycanda incəsənətin vəziyyəti nə yerdədir? İncəsənət institutlarının rolu nədir? Oktyabrın 9-da Salaam Cinema sənətsevərlərlə bu mövzuda açıq müzakirə keçirib.
123 il əvvəl Hacı Zeynalabdin Tağıyev tərəfindən açılan Qız Məktəbi Azərbaycanda qadın təhsilinə yeni bir səhifə yazıb. İlk dəfə qızlar kişilərlə bərabər təhsil almaq imkanına sahib olublar. Bəs bu gün ölkədə qızların təhsili hansı səviyyədədir?
Oktyabrın 2-dən etibarən Bakıda Azərbaycanın ən böyük animasiya tədbirlərindən biri olan VII Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilir. Festival Mədəniyyət Nazirliyinin yeni təşəbbüsü "Baku Cinema Breeze" çərçivəsində Azərbaycan kinoteatrında baş tutur.
Daha çox yüklə