Qubanın Yenikənd kəndində yaşayan Nəcəf Quliyev 40 ildir dulusçuluq sənətini yaşadır. Deyir ki, Azərbaycanda ən qədim peşələrdən olan dulusçuluq yox olmaq üzrədir. Ötən əsrin sonlarında Yenikənddə 10 dulusçu vardısa, indi cəmi bir nəfər bu peşəyə maraq göstərir.
Qubadan cəmi 38 km uzaqlıqda yerləşən Xırt kəndinin əhalisi kəndi tərk edir. Kəndin boşalmasına səbəb şəraitsizlik və işsizlikdir. Hazırda kənddə qalan 14 yoxsul ailə dövlətin onları elementar şəraitlə təmin etməsini istəyir.
Bakıda nəzərdə tutulmuş yerlərdən kənarda zibil atılmasına görə cərimələrin artırılması haqda müzakirələr gedir. Bakı sakinləri arasında bu haqda sorğu etdik.
Bir neçə həftə sonra, 11-22 noyabr tarixlərində Bakıda COP-29 - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Bakı sakinlərindən bu tədbir haqda nə bildiklərini soruşduq.
Ləkit-kötüklü Qax rayonundan cəmi 20 kilometr aralıqda yerləşən dağətəyi kənddir. Alban kilsələri, qədim mağaralar, şəlalə və bulaqlar olan bu kəndə getmək asan deyil. Kəndin yolu təmirsiz olduğundan insanlar aylarla rayon mərkəzinə gedə və ehtiyaclarını ala bilmirlər.
22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir. Bakı sakinlərindən ölkədə mətbuatın mövcud vəziyyəti haqda nə düşündüklərini soruşduq.
70 yaşlı Kəlam Cəbrayılov Şabranın Zağlı kəndində yaşayır. Radioya tez-tez qulaq asmasının səbəbi tənha olmağıdır. Deyir kənddə cəmi 3-5 evdə yaşayış var, əksər evlərin qapısı qıffılıdır.
Şabranın Pirəmsən kəndinin sakinləri deyir ki, kənddə cəmi bir bulaq var. Sakinlər yayın isti günlərində bu bulaqdan asılı qalıblar.
Mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Sərhədsiz Reportyorlar təşkilatının son mətbuat azadlığı indeksində Azərbaycan 13 pillə geriləyərək 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb. Bu səbəblə Bakı sakinlərinə ölkədə mətbuatın azadlığı ilə bağlı sual ünvanladıq.
Salyanda yaşayan 10 uşaqlı ana Gülşən Abdullayeva uşaqlarını yoxsulluq içində böyütdüyünü söyləyir. O deyir ki, dövlətin uşaqlara ayırdığı 1000 manat pul onların ehtiyaclarını qarşılamağa çatmır.
Vəfa Cavadzadənin oğlu Rəsul autizm spektrinə daxildir. O, oğlunun daha yaxşı şərtlərdə böyüməsi üçün çalışır. Düşünür ki, dövlət bölgələrdə yaşayan autistik uşaqlara dəstək verməlidir.
Ələsgərli kəndi Zaqatalanın mərkəzindən 20 km uzaqda yerləşir. Burada 300-yaxın insan yaşayır və əksəriyyəti yaşlılardır. Onlar da deyirlər ki, bu kənddə işsizlik bir dərd, yolun, qazın olmaması da ayrı dərddir. Su isə fasilələrlə verilir.
Bakı küçərlərində Novruz bayramı ilə bağlı sorğu keçirdik. Sizcə, Azərbaycanda Novruz ab-havası öncəki illərlə müqayisədə necə hiss olunur?
21 fevral tarixi dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu səbəblə Bakı sakinlərindən Azərbaycan dilinin mövcud vəziyyətini soruşduq.
Həbsdə olunan jurnalist Elnarə Qasımovanın həyat yoldaşı Nicat Əmiraslanov onunla əlaqə saxlaya bilmədiyini deyir. Elnarə Qasımova əsasən məmur biznesini, korrupsiya cinayətlərini araşdıran "Abzas Media"nın həbsdə olan altı əməkdaşından biridir.
Şamaxıda ibtidai sinif müəllimi Gülbəniz Nəsirova səsvermədə aktiv iştirak etdiyini, sinifindəki uşaqların valideynlərini seçkiyə cəlb etdiyini bildirir. Onun sözlərinə görə, hətta seçkidə iştirak valideynlərin siyahısı tutulub.
Sabunçunun Talışlar qəsəbəsində yaşayan Pərvanə Nəcəfova 14 yaşında evləndirilib. Deyir nə uşaqlığını yaşaya bilib, nə də özünü qadın kimi hiss edə bilib. Əri öldükdən sonra beş uşağa tək baxmağa məcbur qalıb. Deyir ki, gündəlik çörək pulunu iki oğluyla zibilliklərdən dəmir toplayaraq çıxarır.
Qədim Veda fəlsəfəsindən təsirlən krişna icması Sovet dövründə gizli fəaliyyət göstərib. İcmanın üzvləri təqib olunub, işgəncə görüblər. Ancaq SSRİ dağıldıqdan sonra dini cərəyanın tərəfdarları müstəqil fəaliyyət göstəriblər. Hazırda icmanın 300-dən çox üzvü var.
Azərbaycan vətəndaşı Ziya Nadirov Rusiyanın Ukraynada başlatdığı müharibədə könüllü vuruşub, ötən ilin dekabrında həlak olub. Ukrayna İcması Ukraynada həlak olan azərbaycanlının ailəsi üçün xeyriyyə tədbiri keçirir.
Cəlilabadın Göytəpə şəhərində yerləşən bu kilsə Azərbaycana köçürülən rusların dini mərkəzi olub. İkinci dünya müharibəsi dövründə kilsə hərbçilərin silah-sursat anbarına çevrilib. Burada hətta 1990-cı il Bakı hadisələrindən bəhs edən film də çəkilib.
Daha çox yüklə