Qubanın Yenikənd kəndində yaşayan Nəcəf Quliyev 40 ildir dulusçuluq sənətini yaşadır. Deyir ki, Azərbaycanda ən qədim peşələrdən olan dulusçuluq yox olmaq üzrədir. Ötən əsrin sonlarında Yenikənddə 10 dulusçu vardısa, indi cəmi bir nəfər bu peşəyə maraq göstərir.