Ləkit-kötüklü Qax rayonundan cəmi 20 kilometr aralıqda yerləşən dağətəyi kənddir. Alban kilsələri, qədim mağaralar, şəlalə və bulaqlar olan bu kəndə getmək asan deyil. Kəndin yolu təmirsiz olduğundan insanlar aylarla rayon mərkəzinə gedə və ehtiyaclarını ala bilmirlər.