Türkiyədə yalnız Azərbaycan xalq mahnılarını ifa edən Türkiyə vətəndaşlarından ibarət ansamblın Ankarada konserti baş tutub. Konsert şəhər sakinlərinin böyük marağına səbəb olub.
Türkiyədə baş verən zəlzələdə dağıntıların müşahidə olunduğu 11 şəhərdən biri olan Hatayda şagirdlər məktəbə getməyə başlayıblar.
Türkiyədə baş verən dəhşətli zəlzələnin ardından zərərçəkmiş şəhərlərin sakinləri yenidən şəhərlərini inkişaf etdirmək məqsədi ilə mübarizəyə davam edirlər.
"Saype" adı ilə tanınan fransız rəssamı Guillaume Legros mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər görən Hataydakı dağıntıya diqqət çəkmək üçün rəsm əsəri təqdim edib.
11-ci Antakya film festivalı zəlzələdən zərərçəkmiş Hatay şəhərində keçirilib. Festivalda konteyner şəhərciklərində yaşayanlara mənəvi dəstək olmaq məqsədi ilə film nümayişləri ilə yanaşı uşaqlar üçün tamaşalar və konsertlər də təşkil olunub.
Türkiyədə baş verən ölümcül zəlzələdən 9 ay keçir. Hatayın Antakya bölgəsində evsiz qalan şəhər sakinləri öz imkanları ilə yaşamağa çalışdıqlarını bildiriblər. Onlar konteyner şəhərciyinə yerləşdirilməmə səbəbləri və şəhərin son vəziyyəti haqqında Amerikanın səsinə müsahibə veriblər.
2015-ci il oktyabr ayının 10-da Ankara vağzalında baş verən partlayış nəticəsində həyatını itirən 104 nəfər qətliamın səkkizinci ildönümündə yaxınları, siyasətçilər və peşə təşkilatları tərəfindən anılıb.
Türkiyənin paytaxtı Ankarada Türkiyədə başverən zəlzələdə zərərçəkmiş Hatay sakinləri 8 aydır yaşadıqları problemlər səbəbilə aksiya keçiribər. Sakinlər eyni zamanda tələblərini Türkiyə Böyük Millət Məclisinə də yazılı şəkildə təqdim ediblər.
2013 cü ilin İyun ayında baş verən “Gezi parkı” aksiyasının məhkəməsi nəticələnib. Ankarada “Gezi parkı” hadisəsi ilə bağlı həbs edilənlərlə əlaqədar verilən qərara Türkiyə memarlar otağı birliyi etiraz edib.
Ankarada Türk Amerika dərnəyi istehsalatçıları dəstəkləmək məqsədi ilə tədbir keçirib. Tədbirdə istehsalatçılar şəhər sakinlərinə həm məhsullarını təqdim etmək imkanı qazanıblar, həm də maraqlı vaxt keçiriblər.
Ankarada əsl insan qəliblərindən heykəllər hazırlanaraq sərgi təşkil edilib. Sənətçilərdən aldığımız müsahibədə onlar, Türkiyə kimi orta şərq ölkələrində sənətçi olmağın çətinliklərindən bəhs ediblər.
Türkiyədə imtahan sisteminin elektron imtahan formasında kompüter əsaslı olması hədəflənib. Bununla əlaqədar olaraq Ankarada şəhər sakinlərinin fikirlərini soruşduq.
Dünya Təmizlik Günü münasibəti ilə Ankarada tədbir keçirilib. Tədbirin əsas məqsədi əhalini ətraf mühitin qorunmağı haqqında marifləndirmək olub. Estoniyanın Ankara səfiri də tədbirin açılışında çıxış edib.
Ankarada “Türkiyə Memarlar Otağı Birliyi”-nin sədri iqtisadi böhran və bir çox başqa səbəblərdən işsiz qalan həmkarları adından çağırış edib. O, memar və mühəndislərin bu vəziyyətinin qəbuldilməz olduğunu bildirib.
Ankara küçələrində yaşayış şəraiti olmadığı üçün sahibsiz ev heyvanları zibilliklərdə və çirkli ərazilərdə yaşamağa məcbur olur. Könüllülər uyğunsuz şəraitdə yaşayan heyvanlar üçün dövlət tərəfindən sterilizasiya və yaşayış yerləri yaradılmalısını tələb edir.
Türkiyənin paytaxtı Ankarada bələdiyyələr tərəfindən sahibsiz heyvanların toplanmasına etiraz məqsədi ilə heyvansevərlər bir araya gələrək mətbuat açıqlaması veriblər.
Birbaşa İctimai Əmək Federasiyaları Türkiyənin paytaxtı Ankarada aksiya keçirərək maaşlara edilən son artıma etirazlarını bildiriliblər.
İqlim böhranının su ehtiyatlarına təsiri haqqında Türkiyə Su siyasəti assosiyasiyasının rəhbəri Dursun Yıldız Amerikanın səsinə müsahibə verib. O, dünyanın iqlim böhranı əleyhinə birlikdə tədbirlər görməli olduğunu bildirib.
Ankarada qədim peşələrdən biri olan ayaqqabı təmirçiliyinin üzləşdiyi çətinliklər və bundan sonrakı talehi ilə maraqlandıq. Ustalar şagird yetişdirməkdə çətinlik çəkdiyini bildirdi.
Türkiyənin paytaxtı Ankarada Zəfər bayramı qeyd olunub. Kızılay meydanından Ulus meydanına qədər yürüyüş edən hərbi parada həm şəhər sakinləri, həm də turistlər böyük maraq göstərib.
Daha çox yüklə