Ankarada Türk Amerika dərnəyi istehsalatçıları dəstəkləmək məqsədi ilə tədbir keçirib. Tədbirdə istehsalatçılar şəhər sakinlərinə həm məhsullarını təqdim etmək imkanı qazanıblar, həm də maraqlı vaxt keçiriblər.
Ankarada əsl insan qəliblərindən heykəllər hazırlanaraq sərgi təşkil edilib. Sənətçilərdən aldığımız müsahibədə onlar, Türkiyə kimi orta şərq ölkələrində sənətçi olmağın çətinliklərindən bəhs ediblər.
Türkiyədə imtahan sisteminin elektron imtahan formasında kompüter əsaslı olması hədəflənib. Bununla əlaqədar olaraq Ankarada şəhər sakinlərinin fikirlərini soruşduq.
Dünya Təmizlik Günü münasibəti ilə Ankarada tədbir keçirilib. Tədbirin əsas məqsədi əhalini ətraf mühitin qorunmağı haqqında marifləndirmək olub. Estoniyanın Ankara səfiri də tədbirin açılışında çıxış edib.
Ankarada “Türkiyə Memarlar Otağı Birliyi”-nin sədri iqtisadi böhran və bir çox başqa səbəblərdən işsiz qalan həmkarları adından çağırış edib. O, memar və mühəndislərin bu vəziyyətinin qəbuldilməz olduğunu bildirib.
Ankara küçələrində yaşayış şəraiti olmadığı üçün sahibsiz ev heyvanları zibilliklərdə və çirkli ərazilərdə yaşamağa məcbur olur. Könüllülər uyğunsuz şəraitdə yaşayan heyvanlar üçün dövlət tərəfindən sterilizasiya və yaşayış yerləri yaradılmalısını tələb edir.
Türkiyənin paytaxtı Ankarada bələdiyyələr tərəfindən sahibsiz heyvanların toplanmasına etiraz məqsədi ilə heyvansevərlər bir araya gələrək mətbuat açıqlaması veriblər.
Birbaşa İctimai Əmək Federasiyaları Türkiyənin paytaxtı Ankarada aksiya keçirərək maaşlara edilən son artıma etirazlarını bildiriliblər.
İqlim böhranının su ehtiyatlarına təsiri haqqında Türkiyə Su siyasəti assosiyasiyasının rəhbəri Dursun Yıldız Amerikanın səsinə müsahibə verib. O, dünyanın iqlim böhranı əleyhinə birlikdə tədbirlər görməli olduğunu bildirib.
Ankarada qədim peşələrdən biri olan ayaqqabı təmirçiliyinin üzləşdiyi çətinliklər və bundan sonrakı talehi ilə maraqlandıq. Ustalar şagird yetişdirməkdə çətinlik çəkdiyini bildirdi.
Türkiyənin paytaxtı Ankarada Zəfər bayramı qeyd olunub. Kızılay meydanından Ulus meydanına qədər yürüyüş edən hərbi parada həm şəhər sakinləri, həm də turistlər böyük maraq göstərib.
İstanbulda məşhur rəssamların rəsm əsərləri ilə bəzədilən kofeli içkilər təqdim edən kafenin qonağı olduq. Soyuq lattenin üzərində qida boyası ilə 15 dəqiqədə rəsm əsərlərinin replikasını yaradan məkan həm turistlərdə, həm də şəhər sakinlərində böyük marağa səbəb olub.
Eskişehirdə “Balaca Şahzadə” əsərinin müxtəlif dillərə tərcümə edildiyi kitabların nümayiş etdirildiyi muzey fəaliyyət göstərir. Muzeydə kitabın 460-dan çox dil və dialektə tərcümə edilmiş nüsxələrinə yer verilib. Kitabın azərbaycanca nəşri də mövcuddur.
1860-cı il Krım müharibəsinin təsiri ilə tatarların Türkiyənin Eskişehir şəhərinə köçü baş tutub. Bu köç nəticəsində tatar milli mətbəxinin “Şır” börəyi (çebureki) Eskişehir mətbəxində yer almağa başlayıb.
Türkiyənin paytaxtı Ankarada ekolojik sistemin tarazlığı üçün yeni tədbirlər həyata keçirilir. Ankara bələdiyyəsi iqlimə təsir edən zərərli qazların istifadəsini azaltmaq üçün plastik tullantılar, köhnə su boruları və qurumuş ağac kimi atılmış məhsulları yığaraq yenidən emal edir.
Türk tarixinin bir çox ziyalıları siyasi səbəblərlə bir vaxtlar burda məhbus olublar. Keçmiş siyasi məhbuslardan biri olan Mustafa Ekin bu həbsxananın həm tarixi, həm də öz yaşadığı hadisələr haqqında Amerikanın səsinə müsahibə verib.
Ankarada Türkiyə Jurnalistlərinin Həmkarlar İttifaqının üzvləri 24 media nümayəndəsinin işdən çıxarılması və əmək haqqı problemiylə üzləşməsi ilə əlaqədar Rusiyanın “Sputnik” xəbər agentliyinə növbəti dəfə etiraz edib.
Akbelən meşələrini qorumaq üçün aksiya keçirən kənd əhalisinə Türkiyənin paytaxtı Ankaradan Zəfər partiyasının sədri Ümid Özdağ da dəstək göstərərək layihənin təşkilatçı şirkəti qarşısında media mənsublarına açıqlama verib.
Türkiyənin İzmir şəhərinin müxtəlif kəndlərində səyyar teatr tamaşaları nümayiş etdirilib. Bu layihə vasitəsi ilə həm kənd sakinlərini teatr sənəti ilə yaxından tanış etmək, həm də bu sahəyə olan marağı artırmaq məqsədləri qarşıya qoyulub.
Türkiyənin İzmir şəhərində teatr karnavalı keçirilib. Karnavalda səhnə aktyorları küçələrdə yürüyüş edərək şənlik təşkil edib.
Daha çox yüklə