Türkiyənin İzmir şəhərinin Badəmlər kəndində bir məzarlıq qeyri-adi ənənəsilə tarixi mədəniyyətin parçasına çevrilib. Həm yeni, həm də Osmanlı dövründən qalan məzarlar olduqca fərqlidir.
Ankara Mühəndislər otağı keçirdiyi görüşdə Türkiyənin Maraş şəhərində 36 nəfərin həlak olduğu Ezgi binası timsalında zəlzələnin qoyduğu xəsarətdən danışıb, emar əffinin nəticələrinin təbii fəlakət adı altında gizlədilməməli olduğuna diqqət çəkib.
Ankarada keçirilən iş və peşə qazandırma kurslarının sərgisində qadınların cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayan işlər təqdim edilib. Gender bərabərliyini təbliğ edən bu kurs gələcəyin sahibkarlarını yetişdirməyi hədəfləyir.
Rusiya vətəndaşı Mari və Ukrayna vətəndaşı Oksana müharibənin onlara təsirləri və iki ölkənin vəziyyəti haqda danışıb.
Ukraynada davam edən müharibədən Türkiyənin Fethiye şəhərinə sığınan ukraynalı Sergey və Olga hazırki vəziyyətləri haqqında danışıb.
Türkiyənin paytaxtı Ankarada inflyasiyanın artması və vergilərin qaldırılması ilə müqayisədə minimum əmək haqqına edilən artıma etiraz aksiyası keçirildi. Aksiyada vətəndaşlar ödəniş vərəqələrini yandıraraq maaşlara edilən artımla qane olmayacaqlarını bildirdilər.
Qədim türk xalqlarının adət və ənənələrini qoruyub saxlayan İsmayil Uzunoğlunun Türkiyənin Fethiye şəhərindəki muzeyinə qonaq olduq. O, 30 il ərzində Türkiyənin müxtəlif yerlərini gəzərək yörük türklərinə mənsub əşyaları bir araya yığaraq muzey halına gətirib.
Seçkilərdən sonra xarici valyuta məzənnəsinin artımı ilə birlikdə vergi faizləri də qaldırıldı. Türkiyə paytaxtı Ankara sakinləri Amerikanın Səsi ilə fikirlərini bölüşüblər.
Ukraynanın Dnepr şəhərindən Türkiyənin Fethiyə şəhərinə məcburi köçən 65 yaşlı cütlük hal-hazırda vətənlərindən uzaq yaşamağın çətinliyi haqqında danışır.
Türkiyənin dəyişkən iqtisadiyyatında bayram və tətil ərəfəsində ən çox istifadə olunan nəqliyyat vasitəsi olan şəhərlərarası avtobuslar üçün bilet qiymətləri haqqında Ankara avtovağzalında sərnişinlər və firma sahiblərinin nə düşündüyünü araştırdıq.
Beynəlxalq müşahidəçilər Türkiyədə prezident seçkilərinin ikinci raundunun da qeyri-bərabər rəqabət şəraitində keçdiyini bildirib. ATƏT və AŞPA-nın müşahidəçiləri seçkilərin təşkilatçılığı müsbət qiymətləndirsə də, ifadə azadlığına məhdudiyyətlər, qərəzli media mühitindən narahatlıq ifadə edib.
Amerikanın Səsinin əməkdaşı Lalə Qurbanova Ankarada, Arjantin Orta Məktəbində yerləşən seçki məntəqəsində olub və seçkilər bitdikdən sonra məntəqədə baş verənləri qeydə alıb.
Cümhur İttifaqının üzvü olan Yenidən Rifah Partiyasının rəhbəri Fatih Ərbakan Türkiyə prezident seçkilərinin ikinci turunda Ankarada səs verdikdən sonra mətbuatla danışıb.
Cümhuriyyət Xalq Partiyasının rəhbəri, Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Türkiyə prezident seçkilərinin ikinci turunda Ankarada səs verdikdən sonra mətbuat qarşısında çıxış edib.
Xaricdə yaşayan Türk vətəndaşları üçün ikinci tur prezident seçkilərində sesvermə müddəti sona çatdı. Xaricdəki məntəqələrdən seçki bülletenləri diplomatik kargolarla mühafizə edilərək Türkiyənin paytaxtı Ankaraya gətirildi.
Dağılan "Ata ittifaqı" partiya üzvlərinin sədrləri seçkilərdə kimi dəstəkləyəcəklərini açıqladılar. Zəfər partiyası sədri Ümid Özdağ da "Millət ittifaqı" ilə danışıqların aparıldığını bildirdi.
Keçmiş “Ata ittifaqının” namizədi Sinan Oğan bu gün Cumhur ittifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqladı. O, bu dəstəyinin təməlində Atatürkçü dəyərlərin dayandığını qeyd edib.
ATƏT-in və AŞPA-nın beynəlxalq müşahidəçiləri Türkiyədə keçirilən seçkilərdə seçicilərin fəallığını və müxtəlif siyasi alternativlər arasında seçim imkanının olmasını müsbət qiymətləndirsə də, seçki mühitinin demokratik standartlara cavab vermədiyini, qeyri-bərabər rəqabət şəraitini qeyd ediblər.
Daha çox yüklə