Ankarada müxtəlif bədən üzvləri amputasiya olunmuş şəxslərdən ibarət futbol komandası fəaliyyət göstərir. Əsasən veteran və anadan gəlmə fiziki məhdudiyyətə sahib olan şəxslərdən təşkil olunmuş yığma komandanın futbolçuları qarşılaşdıqları çətinliklər haqqında danışıb.