Vaşinqtonda ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin Türkiyə və Mərkəzi Asiyanın beş ölkəsinin səfirlikləri ilə birlikdə təşkil etdiyi Novruz bayramı tədbiri keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.