Accessibility links

İsraildə Yokneam şəhərinin vitse-meri: Hər kəs bir məqsəd ətrafında birləşib


Roman Peres
Roman Peres

İsrailin şimalında yerləşən Yokneam şəhərinin vitse-meri Roman Peres Amerikanın Səsinə müsahibəsində HƏMAS-ın hücumundan sonra həmin şəhərdə həyatını itirənlər, itkin düşənlər haqda danışıb. Onun sözlərinə görə, bu şəxslər arasında onun da tanıdığı adamlar olub.

“İsrail kiçik dövlətdir. Şəxsən tanıdığım adamlardan ölən, yaralanan və əsir düşənlər var. Bizim şəhərdə son 3 gündə 4 nəfər dəfn olunub. Onlardan ikisi hərbçi, ikisi isə musiqi festivalında terrorçular tərəfindən öldürülənlərdir. Təəssüf ki, iki nəfərdən də xəbər yoxdur. Biri qadın hərbçi, digəri isə musiqi festivalının iştirakçısı idi,” deyə Roman Peres oktyabrın 7-də HƏMAS militantlarının genişmiqyaslı hücumu nəticəsində 1300 adamın həlak olduğu günü təsvir edib..

Roman Peres həmçinin Yokneam şəhərinin hər şeyə, hətta mümkün Hizbullah hücumuna da hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda şəhərdə sakitlik hökm sürür.

“Mən ölkənin şimalında yerləşən Yokneam şəhərinin vitse-meriyəm. Cənubdan uzaqdayıq. Silah səsləri, atışmalar, bizdə bu günkü gündə yoxdur. Amma biz hər cür vəziyyətə hazırıq. Belə ki, ölkənin şimalında Hizbullah terror təşkilatı yerləşir. Bizdə bomba sığınacaqları açıqdır və fövqəladə vəziyyətə hazırıq,” Roman Peres bildirib.

İsrail Qəzzaya qurudan hərbi müdaxilə hazırlığını artırıb, o cümlədən Qəzza ilə həmsərhəd zonada 300,000 ehtiyat əsgəri yerləşdirib. Lakin hücumla bağlı heç bir qərar verilmədiyi bildirilib.

İsrail cümə axşamı havadan zərbələr endirməkdə davam edib və HƏMAS militantları girov saxladıqları təxminən 150 nəfəri azad edənə qədər Qəzzanı bombardma etməyə son qoymayacağını bəyan edib.

Peres Amerikanın Səsinə açıqlamasında xalqın və dövlətin bir məqsəd üçün birləşdiyini xüsusi vurğulayıb.

“Qəzza artıq əvvəlki kimi olmayacaq və HƏMAS yer üzündən silinəcək. Bu terror təşkilatı, bir həftə əvvəlki hücum zamanı uşaqlar da daxil olmaqla, insanları kəsib, zorlayıb, diri-diri yandırıblar. Bütün bunların lentə alınan sənədlərlə sübutu var. İsrail hökuməti HƏMAS-ın varlığına son qoymaq üçün hər şey edəcək. Sizinlə danışdığım zaman başımın üzərindən İsrail hava qüvvələrinə məxsus vertolyotlar cənuba doğru hərəkət edir. İsrail bu müharibəni qazanacaq, buna heç bir şübhəm yoxdur. Bütün İsrail xalqı birləşib. Artıq nə solçu var, nə sağçı, nə koalisiya. Hər kəs bir məqsəd üçün birləşib – HƏMASI məhv etmək və bu müharibədə qalib olmaq”.

BMT rəsmiləri bildirir ki, ptən günlərdə 340,000 fələstinli Qəzzadakı evlərindən köçkün düşüb. Onların üçdə ikisi məktəblərdə quraşdırılmış BMT sığınacaqlarına gəlib.

Azərbaycanın İsraildəki səfirliyi X (keçmiş Twitter) platformasında məlumat yayıb ki, 12-13 oktyabrda Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakıya yola salınıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG