On minlərlə adam Yəmənin iki ən iri şəhərində küçələrə çıxaraq prezident Əli Abdullah Salehin istefasını tələb ediblər. Nümayişlər Salehin hakimiyyətə gəlişinin 33-cü ildönümünə təsadüf edir.
Cənubi Taiz şəhərində nümayişçilər Salehin 1978-ci ildə hakimiyyətə gəldiyi günü qara bayraqlarla qeyd ediblər. Müxalifət fəalları paytaxt Sənanın mərkəzi meydanında Salehə qarşı şüarlar səsləndiriblər. Onlar artıq bir neçə aydır ki, burada düşərgə salıblar.
Cənab Saleh iyunun 3-də prezident iqamətgahına edilən bomba hücumu zamanı aldığı yanğılardan müalicə olunmaq üçün Səudiyyə Ərəbistanındadır. Partlayış həmçinin baş nazir, Səna valisi və Məşvərətçi Şuranın rəhbərini yaralayıb.
Yəmən dövlət xəbər agentliyi prezidentin yaralanmış üç rəsmiyə Səudiyyə hospitalında baş çəkdiyini bildirib.