Accessibility links

Yəmən prezidenti xalqa müraciət edib


Yəmən prezidenti xalqa müraciət edib
Yəmən prezidenti xalqa müraciət edib

Yəmən prezidenti Əli Abdullah Saleh Səudiyyə Ərəbistanına getdikdən bəri xalqa ilk dəvə video müraciət ünvanlayıb.

Videoya yazılmış müraciətdə cənab Saleh deyib ki, o yanğılardan əziyyət çəkir və üzərində səkkiz əməliyyat aparılıb. Videoda onun əlləri sarıqlı olub.

Cənab Saleh hakimiyyətinə qarşı son beş ayda az qala gündəlik nümayişlərə və beynəlxalq təzyiqə baxmayaraq istefa vermək barədə heç nə deməyib.

Anti-hökumət nümayişlərinə toxunan prezident deyib ki, o, ölkədə müxtəlif siyasi qurumlar arasında dialoqu dəstəkləyir. O, konstitutsiya daxilində səlahiyyətlərin bölünməsinə tərəfdar olduğunu da bildirib.

XS
SM
MD
LG