Yaponiyada hakim partiya yeni baş nazir axtarışında

  • Amerikanın səsi

Baş nazir Naoto Kan cümə günü istefa verdi

Yaponiyada hakim partiya cümə günü istefa vermiş Naoto Kanı əvəzləyəcək yeni baş nazir axtarışını davam etdirir.

Yaponiya Demokratik Partiyasının beş üzvü şənbə günü öz namizədliklərini elan ediblər. Sabiq Xarici İşlər Naziri Seyci Maehara və İqtisadiyyat Naziri Banri Kayeda siyahıya rəhbərlik edirlər.

Şənbə və bazar günü davam edəcək debatların ardınca Demokratik Partiyanın parlamentdəki 398 üzvü yeni patiya rəhbəri üzərində səs verəcək. Güman edilir ki, qarşıdan gələn çərşənbə axşamınadək Yaponiyanın son beş ildə altıncı baş nazirinin adı bəlli olacaq.