Accessibility links

ABŞ dolları dəyərini itirir


ABŞ dolları dəyərini itirir
ABŞ dolları dəyərini itirir

İnvestorların Amerika iqtisadiyyatının qeyri-müəyyənliyi ilə bağlı şübhələri və hökumətin uzun müddətli borcların öhdəsindən gəlməkdə çətinlik çəkməsi dünyanın birinci etibarlı valyutası olan ABŞ dollarına inamı zəiflədib.

İllərdir ki, bütün dünyada iqtisadiyyat “laxlamaqda”dır, investorlar ABŞ dollarına təhlükəsiz yatırım kimi baxırdılar. Ancaq “Standart and Poors”un ABŞ kredit reytinqini azaltmasından sonra yatırımçılar yeni valyutalara müraciət edir. Bunlar xüsusilə Yaponiya Yeni və İsveçrə frankıdır.

Nəticə etibarilə dollar son günlərdə yen və franka nisbətdə dəyər itirməyə başlayıb və hətta Yapon və İsveçrə hökumətləri valyutalarının həddən artıq dəyər qazanmasından narahat olmağa başlayıb. Onlar düşünür ki, yüksək valyuta ölkədən ixrac olunan malların satışına mənfi təsir göstərə bilər.

XS
SM
MD
LG