Yaponiya liderləri Naqasakidə atom bombası hücumunun 66-cı ildönümü mərasimində atom enerjisinin istifadəsinə son qoymağın vacibliyini vurğulayıblar.
Təqribən 6,000 adam, o cümlədən 44 ölkənin diplomatları, şəhərin Sülh Parkında bir araya gələrək bombanın 66 il əvvəl düşdüyü məqamda zəng sədalarını dinləyiblər.
Naqasaki meri Tomihisa Taue rəsmi müraciətində Yaponiyanı nüvə enerjisini yenilənə biləcək enerji mənbələri ilə əvəzləməyə çağırıb.
Baş nazir Naoto Kan hazırkı nüvə enerjisi siyasətinin ictimaiyyəti Fukişimada baş verən nüvə qəzasından qorumadığına görə təəssüfünü izhar edib.