Sovet qoşunlarının Bakıya daxil olduğu gün milli azadlıq hərəkatının kulminasiya nöqtəsinə çevrildi
Bu gün 20 Yanvar faciəsindən 23-cü il keçir.
Yanvarın 20-də on minlərlə insan Şəhidlər Xiyabanına gələrək müstəqillik uğrunda canından keçənləri ziyarət edir. Ölkə ərazisində bütün hərəkət beş dəqiqə dayanır, sükut anı yaşanır.
Sovet Ordusunun hücumu Azərbaycanda milli azadlıq hərəkatının baş qaldırdığı bir zamana təsadüf edir.
Həmin vaxt Ermənistan hökuməti Sovet ordusunun köməyi ilə Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlını tarixi torpaqlarından zorla qovmuşdu. Dağlıq Qarabağda qarşıdurma davam edirdi. Bakıda keçmiş SSRİ hökumətinin Azərbaycana qarşı neqativ siyasətinin əleyhinə yuz minlərlə dinc insan küçələrdə, meydanlarda etiraz aksiyaları keçirirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıqla müşayiət edildi. Yanvarın 20-də keçmiş SSRİ-nin daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri və 4-cü ordu komandanlığı ilə birgə Bakıya yeridildi.
Keçmiş SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynadı.
Tanklar və piyadaların döyüş maşınları qarşılarına çıxan hər şeyi əzdi, hərbçilər hər yana atəş açdı. İnsanlar nəinki küçələrdə, hətta avtobuslarda, mənzillərində güllələrə tuş gəldilər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri atəşə tutuldu.
Beləliklə, Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər, o cümlədən milli azadlıq hərəkatının bir sıra nümayəndələri həbs olundu. Onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldı. Hərbiçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdıldı, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda əmlak məhv edildi.
Faciənin miqyası o dövrdə Rusiyada fəaliyyət göstərən “Şit" hüquq müdafiə təşkilatının hesabatında daha dəqiqliklə ifadə edilib:
- adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələyiblər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulub;
- xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulub, həkimlər öldürülüb;
- içərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli "İkarus" markalı marşrut avtobusu atəşə tutulub;
- adamlar süngü-bıçaqla qətlə yetirilib. Onların arasında hər iki gözü çıxarılmış B.Yefimtsev də var;
- "Kalaşnikov" avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilib.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var.
Yanvar hadisələri Azərbaycanda rus-sovet imperializminə qarşı hissləri alovlandırdı. Qara Yanvardan çox keçməmiş, 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi.