Accessibility links

Nyu-York ştatının Senatı 20 yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib


Nyu-York ştatının Senatı 20 yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
Nyu-York ştatının Senatı 20 yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib

Nyu-York ştatının Senatı Azərbaycanda 1990-cı ildə 20 yanvar faciəsinə dair qətnamə qəbul edib. Bu haqda ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN-ın məlumatında deyilir.

Qətnamənin qəbul edilməsi senator Liz Krüqerin dəstəyi və səyləri nəticəsində mümkün olmuşdur. Lis Krüqer 2001-ci ildə Nyu-York ştatının Senatına seçilib. O, Senatın Maliyyə Komitəsinin nüfuzlu üzvlərindən biridir. O həmçinin Nyu-York Senatının təhsil, inşaat və ictimai inkişaf, ədliyyə komitələrinin də üzvüdür.

Sənəddə sovet ordusunun Azərbaycanda günahsız vətəndaşlara hücum etdiyi, bunun nəticəsində 130 adamın həlak olduğu, 611 adamın yaralandığı, beş nəfərin itkin düşdüyü və 841 adamın həbs edildiyi qeyd edilir. "1990-cı ildə yanvarın 20-də baş vermiş qanlı zorakılıqlar kommunist partiyasına məxsus irticaçı qüvvələr tərəfindən ən böyük kollektiv cəzalandırma aktıdır"-deyə qətnamədə vurğulanır.

Sənəddə Azərbaycan xalqının qəhrəmancasına müqavimət göstərdiyi qeyd edilir və deyilir ki, Bakıya bu qəddar hücumdan sonra insanlarda yaranmış ümid ölkənin hər yerində müstəqillik uğrunda hərəkata və Azərbaycanın azadlıq naminə birləşməsinə gətirib çıxarmış və bunun nəticəsində 1991-ci ildə 18 oktyabrda Azərbaycan partlamenti ölkənin müstəqilliyini bərpa etmişdir.

Bu, 2011-ci ildən USAN-ın səyləri nəticəsində ABŞ-da qəbul edilmiş yeddinci belə qətnamədir.

USAN-ın məlumatında deyilir ki, 20 yanvar hadisələrinin anımı məqsədilə aparılan kampaniya nəticəsində 2012-ci ldə ABŞ-ın 14 qəzetində Azərbaycanda 1990-cı ilin yanvarında baş vermiş faciə ilə bağlı məlumatlar dərc edilib.

Bununla yanaşı ABŞ-ın ştatlarının parlamentləri səviyyəsində iki qətnamə və iki şəhərin bələdiyyələri tərəfindən hadisələrin anılması ilə bağlı sənəd qəbul edilib.

USAN-ın 2008-ci ildən başlayaraq ABŞ-da ölkə boyu kampaniyaları nəticəsində isə müxtəlif qəzetlərdə yüzlərlə məqalə dərc edilib və onlarla rəsmi sənəd qəbul edilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG