Azərbaycanda və Belarusda (156-cı və 157-ci yerlər) ictimai etirazların iştirakçılarına qarşı təzyiq və zorakılıq atmosferi qalır. Onlarla jurnalist döyülüb və həbs olunub
Yanvarın 30-da “Sərhədsiz reportyorlar” təşkilatı dünyada mətbuat azadlığının indeksini açıqlayıb. Bu, ölkələr üzrə azadlıqların illik reytinqidir. Azadlıq indeksi media və jurnalistlərin azadlığının vəziyyəti, həmçinin ifadə azadlığı sahəsində hakimiyyətlərin siyasəti əsasında hazırlanır.
Hesabata görə, ilk 30 yeri tutan bəzi Avropa ölkələrində müəyyən problemlər var. Məsələn, azad ölkə kimi tanınan İtaliyada indiyədək diffamasiyanın dekriminallaşdırılması baş verməyib. İqtisadi böhran KİV-in büdcəsini azaldır və Fransada mətbuatın fəallığını pozur. Macarıstanda repressiv qanunvericilik var ki, bu da söz azadlığının vəziyyətinə təsir göstərir. Yunanıstanda vəziyyət lap pisdir. Jurnalistlər acınacaqlı sosial və peşə atmosferində fəaliyyət göstərirlər. Bolqarıstan, Xorvatiya, Albaniya, Makedoniya və Çernoqoriyada da oxşar problemlər var.
Türkiyədə vəziyyət ağır olaraq qalır. KİV müxtəlifliyinə və fəallığına baxmayaraq, bu ölkə jurnalistlər üçün ən böyük həbsxanaya çevrilib.
Rusiyada (148-ci yer) keçmiş SSRİ repressiyalarına qayıdış müşahidə olunur və hakimiyyət vətəndaş cəmiyyətinə kütləvi hücumlara başlayıb, İnternetə nəzarəti sərtləşdirib, hüquq müdafiəçilərinin xaricdən maliyyələşdirilməsini məhdudlaşdırıb.
2012-ci ildə Qazaxıstan (160-cı yer) repressiya siyasəti dövrünü yaşayıb, Özbəkistanda və Türkmənistanda olduğu kimi, avtoritar idarəetmə modelini gücləndirib.
Azərbaycanda və Belarusda (156-cı və 157-ci yerlər) ictimai etirazların iştirakçılarına qarşı təzyiq və zorakılıq atmosferi qalır. Onlarla jurnalist döyülüb və həbs olunub.
Müstəqil jurnalistlər və blogerlər ictimaiyyəti məlumatlandırarkən ciddi risklərə gedirlər.
2013-cü il yeni həbslər və zorakılıqlarla başlayıb.
Ermənistanda (74) və Gürcüstanda (100) vəziyyət yaxşıdır, KİV plüralizmi var, senzuranın səviyyəsi aşağıdır, lakin bu ölkələrdə də mətbuat ciddi problemlərlə üzləşir.
Türkmənistan (177) və Özbəkistan (164) jurnalistlər üçün vahiməlidir, onlarla jurnalist həbsdədir, hakimiyyət İnternetə tam nəzarət edir.
Ən pis vəziyyət Şimali Koreya, Somali və Eritreyadadır.