Accessibility links

“Azadlıq” və “Yeni Müsavat” qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşib (video & audio)


Azadlıq və Yeni Müsavat qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşib
please wait

No media source currently available

0:00 0:12:26 0:00

Azadlıq və yeni Müsavat qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşib

Azadlıq qəzetinin bank hesabına həbs qoyulub. İctimaiyyət nümayəndələri yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda azad sözü müdafiəyə çağırıb

​Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azadlıq” qəzeti növbəti maliyyə və məhkəmə təzyiqləri ilə əlaqədar bağlanmaq həddindədir.
Azadlığın redakor müavini Rahim Hacıyev və Yeni Müsavatın baş redaktoru Rauf Arifoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:44 0:00
Direct link

Nəşrin baş redaktorunun birinci müavini Rahim Hacıyev noyabrın 13-də ictimaiyyətin toplantısındakı çıxışında bildirib ki, noyabrın 5-də məhkəmə qəzetin bank hesabına həbs qoyub ki, bu da redaksiyanın fəaliyyətinin dayandırılmasına bərabərdir.

Həbsə səbəb qəzetin tənqid etdiyi dövlət məmurlarının iddiaları üzrə cərimələrin tətbiqi barədə üç məhkəmə qərarının olmasıdır.

Ölkədə tirajının sayına görə ikinci olan “Azadlıq” qəzeti şəxsən prezident İlham Əliyev də daxil olmaqla, yüksək vəzifəli məmurların ünvanına tənqidləri ilə bağlı hakimiyyətin təzyiq obyektinə çevrilib.

Azadlıq qəzetinin baş redakorunun birinci müavini Rahim Hacıyev və Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu
Azadlıq qəzetinin baş redakorunun birinci müavini Rahim Hacıyev və Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu
Qəzetə yaxın olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qəzetin sıxışdırılması ilə bağlı kampaniyanı 2013-cü ilin oktyabrında Azərbaycanda keçiriləcək qeyri-azad prezident seçkilərinə hazırlıq kimi qiymətləndirib.

“Hakimiyyət müxtəlif hərəkətlərə əl atıb – qəzetin ofisini alıb, onun yayımını məhdudlaşdırıb, jurnalistlər döyülüb, həbs olunub, indi də maliyyə sanksiyaları ilə nəşri boğmaq istəyirlər”, - o bildirib.
“Qasid” dövlət distribyutor şirkətinin redaksiyaya olan 35 min manat borcu ödəməkdən imtina etməsi də qəzetin məhv edilməsi ilə bağlı dövlət sifarişinin olmasından xəbər verir. “Azərbaycan” dövlət nəşriyyatı isə bu məbləğdən az olan borca görə qəzetin nəşrindən imtina edir.

Tanınmış alim Rafiq Əliyevin fikrincə, “Azadlıq” qəzetinin bağlanması Azərbaycanda və xaricdə onlarla, hətta yüzlərlə adamı alternativ informasiya almaq imkanlarından məhrum edir və ictimai maraqlara ciddi ziyan vurur.

Hüquq müdafiəçisi Leyla Yunus və digər toplantı iştirakçıları qəzetin müdafiəsi ilə bağlı sistemin yaradılması üzrə bir sıra təşəbbüslər irəli sürüb. Bura piketlərin keçirilməsi, imza, vəsait toplanması, beynəlxalq instansiyalara müraciətlər daxildir.

Məmurların iddiaları üzrə məhkəmə təqiblərinə məruz qalan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da birgə etiraz aksiyalarının keçirilməsinə hazır olduqlarını bildirib.

“Azadlıq” və onun tərəfdarları qəzetin məhv edilməsi planına qarşı konkret addımların hazırlanmasına və həyata keçirilməsinə başlamaq niyyətindədir.

“Sərhədsiz reportyorlar” mətbuat azadlığının müdafiəsi məqsədilə “Azadlıq” qəzetinin bank hesabının dondurulması barədə Azərbaycan məhkəməsinin qərarını pisləyib. “Bu qanunsuz qərar “Azadlıq” qəzetini sıxışdırmaq üçün son aylardakı səylər zamanı həlledici mərhələdir”- , təşkilatın bəyanatında deyilir.
XS
SM
MD
LG