U2 qrupu Azərbaycandakı “vicdan məhbusları”ndan bəhs edib [Video]

U2 qrupu ekranlarda Azərbaycanda "vicdan məhbusları"nı nümayiş etdirib (Photo Simon Nicholsonundur)

Qrupun rəhbəri Azərbaycan prezidentinə müraciət edib

U2 rok qrupu Monrealda (Kanada) keçirdiyi son iki şousunda Azərbaycanda insan hüquqlarının durumunu auditoriyanın diqqətinə çatdırıb.

Qrupun rəhbəri Bono deyib ki, Avropa Oyunları zamanı Amnesty İnternational-ın (Beynəlxalq Əfv Təşkilatı) nümayəndəsi Azərbaycana buraxılmayıb.

U2 qrupunun saytı

“Hansı ki, son hesablamalara görə, Azərbaycanda 98 siyasi məhbus, o cümlədən çoxsaylı “vicdab məhbusu” var, onlarla jurnalist həbsdədir”.

Məhbuslardan 6-nın (Emin Hüseynov, Leyla Yunus, Xədicə İsmayılova, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev) fotoları konsert zalının ekranlarında nümayiş etdirilib.

“Bono məhbusların adını iftixar hissi ilə “Sevgi naminə” sadalayıb və Azərbaycanda nə baş verdiyini izah edib”, U2 qrupunun saytı yazır.

Qrupun rəhbəri səhnədən Azərbaycan prezidentinə müraciət edib:

“Dostlarımızla bağlı baş verənlərə görə biz məsuliyyət daşıyırıq”, Bono qeyd edib.

Sonra Bono insanlara mütaciət edərək Amnesty İnternationalın könüllüləri kimi Azərbaycanda insan hüquqları ilə petisiyanı imzalamğa çağırıb.

Öz növbəsində, Azərbaycan rəhbərləri birmənalı şəkildə "Azərbaycanda siyasi məhbuslar yoxdur", deyə bildirir.

Bununla yanaşı, çoxsaylı beynəlxalq təşkilatlar ölkə rəhbərini siyasi məhbsuları qeyd-şərtsiz azad etməyə çağıran bəyanatlarla çıxış etməkdə davam edir. Amnesty İnternational iyrimidən çox həbsdə olan insanı “vicdan məhbusu” elan edib.