Accessibility links

Milli Şura hakimiyyəti siyasi məhbusları azad etməyə çağırır


Seorang anak perempuan Irak meratapi jenazah ayahnya yang tewas akibat terkena serangan mortir militan ISIS, yang menghantam para pengungsi yang sedang antre makanan di kamp Al-Risala, Mosul barat.
Seorang anak perempuan Irak meratapi jenazah ayahnya yang tewas akibat terkena serangan mortir militan ISIS, yang menghantam para pengungsi yang sedang antre makanan di kamp Al-Risala, Mosul barat.

Təəssüfləndirici məqam ondan ibarətdir ki, Avropa Oyunları ərəfəsindən Milli Məclisin bir qrup deputatı Avropa Parlamenti əleyhinə qəbul etdikləri bəyanatda hüquq və ədalət anlayışına zidd şəkildə həbsdə olan siyasi məhbusları “cinayətkar” adlandırıb. Hakimiyyətin diqtəsi ilə hazırlanan bəyanat rejimin nə qədər anti demokratik və avtoritar olduğunu bir daha sübut edir. Bu barədə

Demokratik Qüvvələrin Milli Şurası Avropa Oyunları ilə bağlı bəyanatında deyilir.

Demokratik Qüvvələrin Milli Şurası bir daha hakimiyyəti 1-ci Avropa Oyunları zamanı yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, milli- mənəvi dəyərlərə hörmət olunmasını, büdcə talanlarına son qoyulmasını, repressiyaların durdurulmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtiz azadlığa buraxılmasını tələb edir.

Sənəddə deyilir ki, böyük xərclər hesabına başa gələn Avropa Oyunları ilə xalqın milli- mənəvi dəyərlərini, adət- ənənələrini dünyada təbliğ etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə Əliyev hakimiyyəti ölkəni repressiyaların çiçəkləndiyi və monarxiyanın oturuşduğu ölkəyə çevirmək istəyir.

“97 il öncə- 1918- ci ildə qurucu babalarımızın Şərqdə qurduqları ilk demokratik cumhuriyyət təəssüflə qeyd etmək lazımdır ki, hazırda bir ailənin idarəçiliyi timsalında monarxist dövlət kimi təqdim olunmaqdadır”.

Milli Şura qeyd edir ki, indiyə qədər fərqli düşünən insanları, müxalifəti daim ermənipərəstlikdə ittiham edən hakimiyyətin Bakıya gələn ermənilərə qucaq açdığı bir vaxtda, aralarında Qarabağ qaziləri olan 80 nəfərdən çox siyasi və vicdan məhbusunu həbsdə saxlaması milli və insani dəyərlər adına rüsvayçı bir davranış olmaqla yanaşı rejimin əsl simasını açıb ortaya qoyur.

Hökumət rəsmiləri ölkədə siyasi məhbus olmadığını və əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

XS
SM
MD
LG