Accessibility links

Avropa Oyunları ilə bağlı mətbuat konfransı və siyasi azadlıqlar [Video]


Avropa Oyunları ilə bağlı mətbuat konfrnası və siyasi azadlıqlar
please wait

No media source currently available

0:00 0:04:33 0:00

Avropa Oyunları ilə bağlı mətbuat konfrnası və siyasi azadlıqlar

Dövlət rəsmiləri idmanla yanaşı siyasi məhbuslar, Dağlıq Qarabağ, təhlükəsizlik, siyasi azadlıqlarla bağlı suallara cavab verib

İyunun 11-də Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunları ilə bağlı beynəlxalq və yerli jurnalistlər üçün mətbuat konfransı keçirib.

İki saatdan çox davam edən mətbuat konfransında idman, siyasi məhbuslar, korrupsiya, ikitərəfli əlaqələrlə bağlı çoxsaylı suallara cavab verilib.

İlk olaraq “Əl-Cəzirə” teleşirkətinin müxbiri “Azərbaycanda Avropa Oyunları korrupsiya ilə şərtlənib və siyasi məbbuslar nə vaxt azad olunacaq” sualı ilə müraciət edib.

İstənilən audit şirkəti büdcənin bir dollar qırağa xərclənməsini müəyyən edərsə vəzifəmdən istefa verə bilərəm.

Azad Rəhimov

Azad Rərimov deyib ki, Azərbaycanın idman büdcəsi 10 milyon avrodur. O büdcənin xərclənmə istiqamətləri barədə məluimat verib və vəsaitin xərclənməsinin tam şəffaf olduğunu diqqətə çatdırıb.

“İstənilən audit şirkəti büdcənin bir dollar qırağa xərclənməsini müəyyən edərsə vəzifəmdən istefa verə bilərəm”, o qeyd edib.

Nazir Avropa Oyunlarına əvvəlcədən 960 milyon manat ayrıldığını deyib.

“Bütün ölkələr xərcləri sonradan 30-40 faiz artırır. Biz cəmi 1 milyard 74 min manat xərcləmişik. Burada manatım 31 faiz devalivasiyasını da nəzərə alsaq, əksinə biz az vəsait xərcləmişik. Bu vəsait əmək haqlarına, reklamlara və İnformasiya Kommunikasiya Texnologiyalarının qurulmasına xərclənib. Avropa Oyunlarının Əməliyyət Komitəsində 43 millətin nümayəndəsi olan 1400 şəxs çalışır”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov siyasi məhbsularla bağlı suala cavab verib.

Azərbaycanda siyasi məhbus yoxdur.

Əli Həsənov

"Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil".

O ölkənin artıq 15 ildir ki, Avropa hüquq məkanında olduğunu deyib.

“Azərbaycanda Avropa prinsiplərindən kənarda məhkəmə ola bilməz. İstənilən şəxs Avropa Məhkəməsinə müraciət edə bilər. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda tam siyasi fəaliyyət azadlığı var.

“Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kampaniyaya çevrilən "Azərbaycanda siyasi məhbus mövcuddur, insan hüquqları pozulur, mətbuat azadlığı yoxdur" fikirlərinin heç bir əsası yoxdur".

O Avropada, ABŞ-da, o cümlədən İngiltərədə (London platforması) Azərbaycana qarşı sistemli fəaliyyət göstərildiyini deyib.

“Bu beynəlxalq media, insan hüquqları təşkilatları, QHT-lər vasitəsi ilə edilir. Bizdə məlumatlar var. Təəssüf ki, bu kampaniyalar mövcuddur. Amma, Azərbaycanın seçdiyi yol düzgün yoldur, demokatiya, azadlıqlar yoludur”.

Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib.

Əli Həsənov

Əli Həsənov Amnesty İnternational təşkilatının Azərbaycana buraxılmaması barədə CNN-nin müxbirinin sualının cavabında deyib ki, bu təşkilatın adından Azərbaycanda tədbir keçirilmək üçün hər hansı müraciət daxil olmayıb.

“Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib. Bu təşkilatı təmsil edən şəxslər müxtəlif ekspert, müxbir adı ilə dolayısı ilə Azərbaycana daxil olmaq istəyib”, Həsənov qeyd edib.

Prezidentin köməkçisi deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələrantiazərbaycan platforması formalaşdırıb və sistemli şəkildə antiazərbaycan fəaliyyətlərini yönəldirlər

"Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz antiazərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq".

Həsənov Avropa Oyunları zamanı Ermənistan idmançılarının Azərbaycanda iştirakına toxunub.

“Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”, o bildirib.

Azad Rəhimov isə deyib ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, diplomatik əlaqələri yoxdur.

“Buna baxmayaraq Avropa Oyunlarında Ermənistanın ümumilikdə 25 nəfərlik nümayəndə hüetyəti Bakıya gəlib. Beynəlxalq status belədir ki, bütün dövlətlər yarışa qatıla bilər. Qaydalara görə, dövlətin təhlükəsizliklə bağlı öhdəlik məktubu idmançıların iştirakı üçün bəs edir”.

Onun fikrincə, Ermənistan 2016-cı ildə Azərbaycanda keçirləcək şahmat olimpiadasında da iştirak edə bilər.

Biletlərdə çiplər yerləşdirilib ki, onun vasitəsi ilə bileti daşıyan şəxsin hərəkətinə nəzarət edilə bilər.

Azad Rəhimov

Azad Rəhimiov Avropa Oyunlarında təhlükəsizlik sahəsində yüksək texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.

“Yüksək texnologiyalara malik datçiklər, vdeokameralar quraşdırılıb. Biletlərdə çiplər yerləşdirilib ki, onun vasitəsi ilə bileti daşıyan şəxsin hərəkətinə nəzarət edilə bilər”, o qeyd edib.

İdmanın siyasiləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualların cavaında Azad Rəhimov deyib ki, idman sülh deməkdir.

“İdman insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən heç bir təşkilat məqsədinəı nail ola bilməyəcək”.

Separatizmlə oynamaq olmaz. Dağlıq Qarabağ problemi həll olunmamış qaldıqca dünyanı separatizmi təhdid edəcək.

Əli Həsənov

Əli Həsənov Dağlıq Qarabağla bağlı sualın cavabında bildirib ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir.

“Dağlıq Qarabağ problemi nəinki regionun, dünyanın problemidir, dünyada sülhü təhdid edir. Separatizmlə oynamaq olmaz. Dağlıq Qarabağ problemi həll olunmamış qaldıqca dünyanı separatizmi təhdid edəcək. Necə ki, Balkanlarda, Yaxın Şərqdə, Qafqazda, Ukraynada özünü göstərir”.

Həsənov Azərbaycanın Avropaya inteqrasiya siyasitinə və ya milli müstəqillik strategiyasına üstünlük verəcəyi ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan öz yolu ilə gedir.

“Bizə təzyiqlər edilir ki, Avrioa İttifaqının “Qonşuluq Siyasəti”nə qoşulaq. Cəlbedici təkliflər gəlir ki, MDB dövlətlərinin ittifaqına qoşulaq. Azərbaycan kollektiv öhdəliklərə üstünlük vermir. Biz qarşılıqlı faydalı ikitərəfli münasibətlərə üstünlük veririrk. Ona görə də Azərbaycan həm İran, həm ABŞ, həm Rusiya, həm də digər dövlətlərlə əlaqələrə malikdir”.

Həsənov 15-20 dövlət və hökumət başçısının, 30-40 dövlətin yüksək vəzifəli şəxsinin rəhəbrliyi ilə nümayəndə heyətlərinin Avropa Oyunlarının açılış mərasimnində iştirak edəcəyini deyib.

XS
SM
MD
LG