Accessibility links

HRW: Avropa Oyunları hökumətin görünməmiş repressiyaları atmosferində açılacaq


Members of Journalists Without Borders protest against Azerbaijan's President Ilham Aliyev during his visit to meet German Chancellor Angela Merkel, in front of the Chancellery in Berlin, January 21, 2015. REUTERS/Fabrizio Bensch (GERMANY - Tags: POLI
Members of Journalists Without Borders protest against Azerbaijan's President Ilham Aliyev during his visit to meet German Chancellor Angela Merkel, in front of the Chancellery in Berlin, January 21, 2015. REUTERS/Fabrizio Bensch (GERMANY - Tags: POLI

İyunun 12-də Azərbaycanda birinci Avropa Oyunları hökumətin görünməmiş repressiyaları atmosferində açılacaq. Bu barədə Human Rights Watch təşkilatının məlumatında deyilir.

Hakimiyyət onlarla hökumət tənqidçisini saxlayıb və bir neçə jurnalistin oyunları işıqlandırmaq üçün əsas Avropa mərkəzlərinə girişinin qarşısını alıb. Onlar həmçinin Amnesty International hüquq-müdafiə təşkilatının Bakıda mətbuat konfransı keçirməsini qadağan edib.

“Hökumətin repressiyaları Avropa Oyunlarını bir çox səbəblərə görə yalnış edir”, Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini

Rachel Denber
Rachel Denber

bildirib.

Son həftələr Azərbaycan hakimiyyəti aparıcı Avropa KİV-lərinin ən azı üç jurnalistinin akreditə və vizasından imtina edib.

Bundan əlavə, iyunun 10-da Bakı hava limanında ictimai xadim və Red Pepper jurnalının Oyunlarda akreditə olunmuş jurnalisti Emma Hyuz saxlanılıb və deportasiya edilib.

Bundan öncə o, hökuməti tənqid edənlərin azadlığa buraxılmasına çağırıb. Onun kitabında isə Azərbaycan hökuməti tənqid olunub.

“KİV azadlığı Olimpiya hərəkatının əsasıdır. Reportyorlara viza verməkdən imtina etməklə Azərbaycan və prezident İlham Əliyev tədbirin əsas qaydalarına məhəl qoymur. Beynəlxalq Olimpiya Komitəsi izahat və bu praktikaya son qoyulmasını tələb etməlidir”, xanım Denber bildirib.

İyunun 10-da Amnesty International bəyan edib ki, onun nümayəndə heyəti xüsusi hesabatın dərcini planlaşdırır, lakin son anda Bakıya buraxılmayıb.

HRW müntəzəm olaraq Avropa Olimpiya Komitəsini (AOK) bu məsələləri rəsmi Bakının qarşısında qaldırmağa çağırıb, lakin mahiyyət üzrə cavab almayıb.

AOK nümayəndələri bildiriblər ki, təşkilat “öz üzərinə siyasi öhdəliklər götürə bilməz” və ya “suveren dövlətə nə etmək lazım gəldiyini diqtə edə bilməz”.

Lakin AOK və onun üzvləri Olimpiya hərəkatının tərkib hissəsidir və KİV azadlığına zəmanət verən Olimpiya Xartiyası çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan hökumətinin görünməmiş addımları və repressiyalar post-sovet dövründə ən pis addımlardır , HRW qeyd edib.

2014-ci ildə başlayaraq hakimiyyət əsassız ittihamlarla azı 35 jurnalist, hüquq müdafiəçisi və siyasi fəalı həbs edib.

Repressiyalar çoxlarının ölkəni tərk etməsinə və ya gizlənməsinə səbəb olub. Hökumət həmçinin onlarla müstəqil QHT-nin bank hesablarını dondurub, onların insan hüquqları sahəsində fəaliyyətini mümkünsüz edib.

“AOK nəinki Olimpiya Xartiyasını və olimpiya dəyərlərini dəstəkləmək barədə öhdəliklərini yetinə yetirməyib, həmçinin Azərbaycan hökumətinə təzyiq göstərmək üçün nadir imkanı da itirib”, - Denber vurğulayıb.

XS
SM
MD
LG