Bu gün yerli vaxtla səhər saat 8.30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb.
Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub».
Bu barədə Avstriya Olimpiya Komitəsi rəsmi bəyanatında deyilir.
Komitə bu xəbərdən şoka düşdüyünü deyir.
«Biz bu hadisədən şoka düşdük və bütün lazımi tədbirləri aldıq», Komitənin Baş Katibi Peter Mennel deyib.
Avtobusla vurulan atletlərdən Vanessa Sahinovicin«ciddi zədə» aldığı və bir neçə yerdən sümüklərinin qırıldığı xəbər verilir. Onun nevroloji müalicə üçün Vyanaya təcili yardım təyyarəsi ilə aparıldığı bildirilir.
Üzgüçü Luna Payer qollarından zədə alaraq Vyanaya aparılıb. Verena Breit-in zədəsi ağır olmadığından bu gün Olimpiya Şəhərciyinə qayıdır.
Bu barədə I Avropa Oyunlarının rəsmi Bakı-2015 də rəsmi saytı məlumat yayıb.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi bildirir ki, bütün idmançıların təhlükəsizliyi və sağlamlığı ən vacib məsələdir.