Keçmiş dövlət müşaviri Azərbaycan xarici işlər nazirinin Fələstin və İsrailə səfəri ilə bağlı Amerikanın Səsinə müsahibə verib
Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarovun Fələstin və İsrailə səfəri, Azərbaycan-İsrail münasibətləri, İranın reaksiyası, Ermənistan-Azərbaycan münaqişəsindən danışıb.
Onun fikrincə, Elmar Məmmədyarovun İsrailə rəsmi səfəri hansısa mühüm xarici siyasət vəzifələrinin həllindən daha çox daxili siyasi məqsədlərə xidmət edir.
“Bu səfər prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyəti İsrailin dəstəyini və nüfuzlu yəhudi lobbisi vasitəsilə ABŞ və Avropa İttifaqının dəstəyini qazanmaq məqsədinə xidmət edir”, Quluzadə qeyd edib.
Onun fikrincə, prezident seçkiləri ərəfəsində İsrailin və Qərbin siyasi dəstəyi İranın bu səfərə reaksiyasından daha üstündür.
Digər tərəfdən, Quluzadə qeyd edib ki, Azərbaycan hakimiyyəti İranın hansısa ciddi problemlər yaratmaq iqtidarında olmadığını düşünüblər.
“Azərbaycanda vəziyyət hakimiyyətin nəzarəti altındadır və bu şəraitdə Tehran Azərbaycana qarşı hər hansı destruktiv addımlar atmaq iqtidarında deyil”.
İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan nazirinin İsrailə səfərinə mümkün mənfi reaksiyasına gəlincə, Quluzadə hesab edir ki, bu qurumun mövqeyi Azərbaycanın beynəlxalq mövqeyi və xüsusən Qarabağ nizamlanması üçün xüsusi əhəmiyyət daşımır.
O bildirib ki, Azərbaycan Tehranın anti-Qərb və anti-İsrail siyasətinə tamamilə qoşulsa, o, Bakını dəstəkləməyə hazırdır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.
O hesab edir ki, İsraili ilk növbədə Azərbaycana daha çox nüfuz etməkdən, öz iqtisadi maraqlarını irəlilətmək mənafeyi maraqlandırır.
Digər tərəfdən, İsrail Qarabağ nizamlanmasına real təsir göstərmək iqtidarında deyil, çünki bu məsələnin həlli ABŞ və Rusiyanın dialoqundan asılıdır.
Quluzadə Azərbaycanın İsraillə yaxınlaşmasının Rusiya tərəfindən mənfi qəbul ediləcəyi fikri ilə razı deyil, belə ki, Bakı Tel-Əvivlə hərbi-texniki əməkdaşlığı genişləndirir.
O qeyd edib ki, Rusiya dünyada geniş silah satışı bazarına malikdir və silah alışı sahəsində Azərbaycan-İsrail əməkdaşlığı onun maraqlarına xüsusi zərbə vurmur.