Accessibility links

Elman Abdullayev: Azərbaycan Fələstini dəstəkləyən və İsraillə əməkdaşlıq edən ölkədir [Video-Müsahibə]


Elman Abdullayev: Azərbaycan Fələstini dəstəkləyən və İsraillə əməkdaşlıq edən ölkədir
please wait

No media source currently available

0:00 0:08:29 0:00

Elman Abdullayev: Azərbaycan Fələstini dəstəkləyən və İsraillə əməkdaşlıq edən ölkədir

Azərbaycan xarici işlər naziri Yaxın Şərq regionuna səfərə gedir. Səfər zamanı hər hansı sənəd imzalanmayacaq. Azərbaycan Suriyaya kömək etməsi ilə bağlı xəbərləri təkzib edir

Azərbaycan nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərq regionuna səfər edir. Səfər çərçivəsində həm Fələstində (Ramallah), həm də İsraildə yüksək səviyyədə görüşlər keçiriləcək. Bu barədə Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilk dəfə aprelin 21-24-də İsrail və Fələstində rəsmi səfərdə olacaq.
E.Abdullayev deyib ki, Azərbaycan Yaxın Şərq regionunda baş verənləri yaxından izləyir və laqeyd qala bilməz.

“Azərbaycan Fələstini dəstəkləyən və İsraillə əməkdaşlıq edən ölkədir".

Azərbaycan daim Fələstinə yardım edir və yardımlarını davam etdirir, fələstinli tələbələrin Azərbaycanda təhsil almasını maliyyələşdirir, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım edir”, deyə o qeyd edib.
Mətbuat katibi səfər zamanı hər-hansı sənədin imzalanmasının və diplomatik nümayəndəliklərin açılmasının nəzərdə tutulmadığını deyib.

“Azərbaycan regionda gərginliyin azaldılmasının tərəfdarıdır”, deyə E.Abdullayev bildirib.

O, səfər zamanı İran məsələsinin müzakirə olunub-olunmayacağını söyləməyin hələ tez olduğunu deyib.

“Azərbaycan İranla əməkdaşlığın hər zaman inkişafında maraqlıdır”, deyə o İranda Azərbaycana qarşı səsləndirilən tənqidlərlə bağlı sualın cavabında bildirib.

Mətbuat katibi Azərbaycan ərazisindən Suriyaya silah, banknot keçirilməsi və Azərbaycanın Suriyaya yanacaq satması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Azərbaycanın ərazisi, o cümlədən hava məkanı vasitəsilə Suriyaya silah, banknot və başqa mal-materiallar daşınması ilə bağlı nə Rusiya, nə də Suriya hökuməti müraciət etməyib.

Xatırladaq ki, bir sıra media orqanlarında Azərbaycan ərazisindən keçməklə Suriyaya silah və pul daşınması, Azərbaycanın Gürcüstan limanları vasitəsilə yanacaq satması barədə məlumatlar dərc edilib
XS
SM
MD
LG