Vəfa Quluzadə: Berezovskini Rusiyanın kəşfiyyat orqanları aradan götürə bilərdi [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Vəfa Quluzadə: Berezovskini Rusiyanın kəşfiyyat orqanları aradan götürə bilər

“Putin rejimi demək olar ki, Stalin rejiminin təmsilçisidir. Stalinin agenti Trotskini ledorubla vurub öldürdü.”
Azərbaycan Təhlükəsizlik Şurasının keçmiş üzvü, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Boris Berezovskinin 1990-cı illərdə Bakıda apardığı danışıqlar, onun maraqları və ölümünün səbəblərindən danışıb.

Sual: Siz Boris Berezovskinin görüşlərində iştirak edibsiniz. O Azərbaycana neçə dəfə səfər edib?

Berezovski həmişə öz şəxsi maraqlarını qoruyan adam idi.

Cavab: Mənim yadıma gəlir Berezovski 1996-cı ildə Bakıya səfər edəndə prezident Heydər Əliyevin tapşırığı ilə onu qarşılamışam.

Sual: Berezovski ilə danışıqların əsas məzmunu nə idi? O Rusiyanın maraqlarını hansı cəhətdən müdafiə edirdi?

Cavab: Berezovski həmişə öz şəxsi maraqlarını qoruyan adam idi. Mən hesab etmirəm ki, Berezovski rus imperiyasının maraqlarını təmsil edən bir şəxs olsun. O Azərbaycanda ilk növbədə neft problemləri və ixrac kəmərləri məsələsini öyrənirdi. O biri tərəfdən də Qarabağ probleminin həlli məsələsini öyrənirdi.

O Azərbaycanda ilk növbədə neft problemləri və ixrac kəmərləri məsələsini öyrənirdi. O biri tərəfdən də Qarabağ probleminin həlli məsələsini öyrənirdi.

Burada Berzovskinin marağı nədən ibarət idi? Əgər Azərbaycan Qarabağ məsələsində öz maraqlarında güzəştə getməyə hazır idisə, onda Berezovski güzəştli sülhü təmin edə bilərdi, O isə Rusiya qoşunları Azərbaycana daxil olması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından ibarət idi. Lakin burada Berezovski Moskvanın maraqlarını güdmürdü. Onun öz adı regionda sülhü bərqərar edən böyük bir şəxsiyyət kimi tanınacaqdı. O bunda maraqlı idi.

Sual: O Bakıda həm də Çeçenistan-Rusiya münasibətlərini müzakirə edib. Bakıda Çeçenistanın keçmiş prezidenti Aslan Masxadovla görüşüb.

Cavab: Masxadov da Azərbaycana bir neçə dəfə səfər edib, Heydər Əliyevlə
Amma, Berezovski Aslan Masxadovla, Şamil Basayevlə əlaqələrindən istifadə edərək bu sülhə nail olmuşdu.

görüşüb. Burada Masxadov Şimali Qafqazda sülh, müstəqil respublika kimi Çeçenistanın Azərbaycandan dəstək alması məsələləri ilə maraqlanırdı. Berezovskinin marağı isə onun Rusiya ilə Çeçenistan arasında sülh yaradan bir şəxsiyyət olması idi. O buna nail olub. Tarixdə də Berezovskinin Xasavyurt sülhündə rolu böyük idi. Baxmayaraq ki, bu sülh sazişini general Lebed imzalayıb. Amma, Berezovski Aslan Masxadovla, Şamil Basayevlə əlaqələrindən istifadə edərək bu sülhə nail olmuşdu. Bu sülh həm Berezovskinin şəxsi marağında, həm də çətin vəziyyətdə olan Rusiyanın marağında idi.

Sual: Berezovski Qafqaza səfəri zamanı Ermənistan, Gürcüstan və Azərbaycanda olub. Səfərinin yekunları ilə bağlı eks-prezident Heydər Əliyevlə müzakirələr aparıb. Ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Berezovskinin şəxsi maraqları, Rusiyanın dövlət maraqları nədən ibarət idi? O nəyi müdafiə edirdi?

Bu səfərdə o sözsüz ki, Heydər Əliyevin mövqeyi ilə maraqlanırdı.

Cavab: Berezovski birinci onda maraqlı idi ki, əgər sülh mümkündürsə onun adı ilə bağlı olsun. O olduqca ağıllı bir adam, gözəl manipulyator idi. O burada Heydər Əliyevdən, Ermənistan və Gürcüstandan istifadə edib özünü Nobel mükafatçısı edə bilərdi. Əgər bu mümkün olsa idi. Bu səfərdə o sözsüz ki, Heydər Əliyevin mövqeyi ilə maraqlanırdı. Bu mövqedən o başa düşdü ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini əldən verən adam deyil. Çünki bu onun özünün şəxsi mövqelərini uçurardı. Ona görə də o daha çox Heydər Əliyevə sual verib, onu dinləyirdi. Berezovski bütün bu situasiyaları özünün şəxsi maraqları üçün istifadə edirdi. Berezovski heç zaman Yeltsin hökumətinin və Rusiya imperiyasının maraqlarını müdafiə etmirdi. Çünki Putini hakimiyyətə gəlməsində dəstəkləyən məhz Berezovski olub.

Putini hakimiyyətə gəlməsində dəstəkləyən məhz Berezovski olub.

Berezovski nə səbəbə Putini dəstəkləyib? O zaman Stepaşin, Primakov və başqaları da hakimiyyətə gələ bilərdi. Böyük səhv edərək, o hesab edib ki, ən zəif, parlaq olmayan şəxsiyyət Putindir. Onu idarə etmək üçün Berezovski Putini dəstəkləyib. Amma, böyük səhvə yol verib. O başa düşməyib ki, çekist Putin hakimiyyətə gələndən sonra birinci onu aradan götürəcək. Nemtsov da bəyan edib ki, birinci görüşlərində Berezovskiyə deyib ki, sən ki Putinə bu qədər xidmət edibsən, onu hakimiyyətə gətiribsən, Putin bunu sənə bağışlamayacaq.

O başa düşməyib ki, çekist Putin hakimiyyətə gələndən sonra birinci onu aradan götürəcək.

Belə də oldu. Putin axıradək Berezovskini təqib etdi. Onun əleyhinə Moskvada cinayət işləri açıldı, Putin axıradək mübarizə aparırdı ki, Berezovskini İngiltərədən gətirib Moskvada cəzalandırsın.

Sual: Berezovski Bakı səfəri zamanı Bakı-Novorossiysk neft kəməri ilə bağlı danışıqlar aparıb. Hansı ki həmin dövrdə qərb neft kəməri, yəni Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı qərblə danışıqlar aparılırdı. Burada maraq nə idi?

Cavab: Berezovski heç də Baklı neftinin hamısının Bakı-Novorossiysk kəməri ilə
O yeni çəkiləcək qərb neft kəmərində özünün hansı rol oynaya biləcəyini öyrənib. Başa düşüb ki, Heydər Əliyev buradan ona pay verən deyil.

nəql edilməsini israr etməyib. O yeni çəkiləcək qərb neft kəmərində özünün hansı rol oynaya biləcəyini öyrənib. Başa düşüb ki, buradan ona heç bir pay düşmür və Heydər Əliyev buradan ona pay verən deyil. Üstəlik də Berezovski Qarabağ münaqişəsini həll etməyə qadir olsa idi, bəlkə də Heydər Əliyev bununla bağlı nə isə düşünə bilərdi. Lakin Berezovski buna qadir deyildi.

Moskvanın Qarabağla bağlı mövqeyi göz qabağındadır. Bu siyasət Rusiyanın əsgəri industrial kompleksinin siyasətidir. Prezidentlərin bu siyasətə böyük təsiri yoxdur. Baxın, Qarabağ problemi Qorbaçov dövründə başladı, Yeltsin, Putin, Medvedyev dövründə davam etdi və indi Putin dövründə də davam edir. Heç bir dəyişiklik yoxdur. Yəni burada prezidentlərdən başqa güclü əsgəri industrial
Prezidentlərin bu siyasətə böyük təsiri yoxdur. Baxın, Qarabağ problemi Qorbaçov dövründə başladı, Yeltsin, Putin, Medvedyev dövründə davam etdi və indi Putin dövründə də davam edir.

komplekslər, xüsusi xidmət orqanları var. Bunların maraqları ondan ibarətdir ki, Azərbaycanla Ermənistan daim müharibə vəziyyətində olsun və Rusiya bununla regiona nəzarət etsin. Rusiyada imperiya hakimiyyəti çökməyincə, mahiyyətini dəyişməyincə Qarabağ problemi davam edəcək. Berezovski də onun mahiyyətini dəyişmək imkanında deyildi. Ona görə özü də uduzdu. Məcbur oldu Moskvadan İngiltərəyə qaçsın və oradan Putinin əleyhinə kəskin mübarizə aparsın.

Sual: Yəni Berezovski Rusiyanın dövlət maraqlarının dəyişməsinə nail olmaq istəyirdi. Çünki bu onun özünün biznes maraqlarına mane olurdu?

Cavab: Bəli, Berezovski maraqlı idi ki, Rusiyada güclü imperiya hakimiyyəti
Berezovski çox istəyərdi ki, Putin Yeltsinin siyasətini davam etdirsin.

bərqərar olmasın. Berezovski çox istəyərdi ki, Putin Yeltsinin siyasətini davam etdirsin. Liberallaşma da sözsüz ki, Rusiyada anarxiya vəziyyətini davam etdirəcəkdi. Məsələ onda idi ki, Rusiyada ya demokratikləşmə anarxiya, ya da güclü imperiya strukturu. Güclü imperiya strukturu imperiyanın süqutunu bir qədər uzada bilər, ancaq xilas edə bilməz. Demokratik islahatlar isə anarxiyadan demokratik dövlətə keçid üçün bir yol ola bilərdi.

Sual: Bəs Putinin Berezovskini “vurmaqda” məqsədi nə idi? Çünki onun hakimiyyətə yolunu məhz Berezovski açmışdı.

Cavab: Putin çox gözəl başa düşürdü ki, Berezovski ona tamamilə düşmən əqidənin yiyəsidir. Putinin əsas ideologiyası imperiyanı qoruyub saxlamaq idi.
Putin çox gözəl başa düşürdü ki, Berezovski ona tamamilə düşmən əqidənin yiyəsidir.

Berezovski isə daha çox öz şəxsi maraqlarını görürdü. O Rusiyada qalıb, Putindən istifadə edib, ona rəhbərlik edib siyasi və iqtisadi dividentlər qazanmaq istəyirdi. Berezovski heç zaman əqidə adamı olmayıb. Şəxsi mənfəət, şəxsi təsir, bu idi əsas məqsədi.

Sual: Berezovskinin ölümünə nə səbəb ola bilər? Artıq bir sıra media onun boğularaq öldürüldüyünü yazır.

Cavab: Putin hakimiyyəti Berezovskini güclü surətdə təqib edirdi. Bu hamıya açıq və aydındır. Ona görə də Berezovskinin bu cür müəmmalı, göz qabağında
Stalin Trotskini nə qədər təqib etdi, sonda agenti ledorubla (alpinistlərin istifadə etdiyi buz baltası-T.F) vurub öldürdü. İndiki rejim də bu metodlardan istifadə edə bilən bir rejimdir. Ona görə də burada şübhələrə əsas var.

olmayan ölümü sözsüz ki, şübhə doğurur. Heç bir dövlətdə belə bir şey olmayıb ki, onun bir şəxsiyyəti xaricdə öləndə polis strukturları yoxlasın ki, o nədən ölüb. Bioloji silahdan, kimyəvi silahdan ya nədən ölüb? Berezovski ölən kimi bu məsələlər ortaya çıxdı. Bu o deməkdir ki, Rusiyadan şübhəlidirlər ki, Berezovskini qeyri-qanuni yolla Rusiyanın kəşfiyyat orqanları aradan götürə bilər. Faktiki surətdə Putin rejimi demək olar ki, Stalin rejiminin təmsilçisidir. Stalin Trotiskini nə qədər təqib etdi, sonda agenti ledorubla (alpinistlərin istifadə etdiyi buz baltası-T.F) vurub öldürdü. İndiki rejim də bu metodlardan istifadə edə bilən bir rejimdir. Ona görə də burada şübhələrə əsas var.