Accessibility links

Boris Berezovskinin evində narahatlığa səbəb ola biləcək heç bir dəlil aşkar edilməyib


Britaniyanın səlahiyyətli nümayəndələri Rusiya maqnatı Boris Berezovskinin evində aparılan araşdırmaların radiasiya və kimyəvi maddələr kimi narahatlığa səbəb ola biləcək heç bir dəlil əldə edilmədiyini bildirib.

Rusiyalı iş adamı Boris Berezovski 68 yaşında dünyasını dəyişib. O, Londondakı mənzillərindən birində ölü tapılıb. Hadisə London vaxtı ilə saat 11-də baş verib. Vəkil Aleksandr Dobrovinski Facebook səhifəsində Berezovskinin intihar etdiyini yazıb. «Birinci kanal»ın məlumatına görə, bu həftə Berezvoski bir neçə dəfə ürək tutması keçirib.

Kremlin tənqidçisi kimi tanınan rus maqnatın paytaxt Londondan 40 kilometr qərbdə Berkshire rayonunun Ascot kəndindəki mülkündə ölü tapılıb.
XS
SM
MD
LG