Accessibility links

Boris Berezovskinin ölümü müəmmalı qalır


Britaniya polisi Rusiyadan sürgündə olan maqnat Boris Berezovskinin ölümünün kəndirlə boğulma nəticəsində baş verdiyini ehtimal edir. Cənab Berezovski Londonun qərbindəki evində ölmüş vəziyyətdə aşkar edilib.

Polis artıq onun ölümündə üçüncü şəxsin iştirak etmədiyini və tibbi tədqiqatçılar maqnatın ölümündə zorakılıq izlərinin olmadığını deyib. Cənab Berezovski özünə sui-qəsd edəcəyi barədə məktub yazmayıb və onun özünü öldürməsinin səbəbi müəmmalı olaraq qalır.

67 yaşlı Berezovski sərvətinin əksəriyyətinə 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra dövlət müəssisələrinə nəzarəti ələ keçirməklə nail olub.

O, 2000-ci ildə prezident Vladimir Putinin vəzifəyə gəlməsinə kömək edib. Lakin bir qədər sonra cənab Putinlə münasibətləri korlandıqda, Rusiaynı tərk edərək Britaniyada sığınacaq alıb.

Britaniya Rusiyanın daim cənab Berezovskini məhkəmə qarşısına çıxarmaq üçün ölkəyə ekstradisiya edilməsi tələbini rədd edib. O, bir sui-qəsd cəhdindən sağ qurtarıb və var-dövlətini məhkəmə borclarına xərcləyib.
XS
SM
MD
LG