Ginqriç və Perri Virciniyada ilkin seçki bülletenlərində göstərilməyəcək

  • Amerikanın səsi

Ginqriç və Perri Virciniyada ilkin seçki bülletenlərində göstərilməyəcək

Respublikaçılar partiyasının Virciniya ştatında rəsmiləri partiyanın prezidentlik seçkisində namizədliyi irəli sürmüş Nüyt Ginqriç və Rik Perrinin martın 6-da statda ilkin seçkilərdə səsvermə bülletenlərinə salınmadığını bildirir.

Prezidentlik uğrunda rəqabət aparan siyasətçilər ştatda namizədliklərinin tanınması üçün seçicilərin petisiyalarını təqdim edməlidir.

Respublikaçılar partiyasının rəsmiləri bildirir ki, nə Perri, nə və Ginqriç təqdim kifayət qədər seçicinin imzasını toplaya bilmədikləri üçün onların adları ştatda səsvermə bülletenlərinə salına bilməz. Bu, prezidentlik kampaniyasına başlamış namizədlər, xüsusilə də Vaşinqton ətrafında Virciniyada yaşayan Ginqriç üçün yaxşı xəbər deyil.

Nyüt Ginqriç Respublikaçılar partiyasından prezidentlik uğrunda yarışa qoşulan namizədlərin önündə gedir.

Daha iki respublikaçı namizəd Mir Romni və Ron Pol Virciniyada ilkin seçkilərdə iştirak edə biləcək. Virciniya heç bir partiyanın üstünlük təşkil etmədiyi olduqca mühüm statlardan biri hesab edilir. Seçkilərin taleyi məhz Virciniya kimi rəqabətin güclü olduğu ştatlar həll edir.

Virciniya ştatında ilkin seçkidə namizədin səsvermə bülletenlərinə salınması üçün 10 min imza göstərilməlidir. Özü də buraya statın 11 dairəsinin hər birində 400 seçicinin imzası olmalıdır. Həm Ginqriç, həm Perri 11 imza aldıqlarını bildirir.